“Türk Ədəbiyyarı” jurnalının yeni sayı Türkoliji Qurultaya həsr olunub
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Türk Ədəbiyyatı Vəqfinin 55 illik ədəbi jurnalı olan “Türk Ədəbiyyatı” jurnalının 1926-cı ildə Bakıda toplanan ilk Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi fevral sayı işıq üzü görmüşdür. Bu barədə məlumatı jurnalın baş redaktoru, yazıçı, tərcüməçi İmdat Avşar vermişdir.
O, jurnalın əvvəlində Baş redaktor tərəfindən yazılmış “Hasbihal” hissəsində 1926-cı ildə keçirilən ilk Türkoloji Qurultay haqqında, Türk dünyasının ədəbi, mədəni, tarixi əlaqələrindən və bu Qurultayın əhəmiyyətindən söz açaraq jurnalda dərc olunmuş yazılar haqqında məlumat vermişdir.
İmdat Avşar bildirmişdir ki, Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş bu özəl buraxılışda Türk dünyasının ortaq əlifba axtarışını akademik bir müzakirədən də irəliyə daşıyaraq, ortaq hafizə, birlik və bərabərlik fikri ilə bu düşüncənin zaman içində yaşadığı qırılmalardan geniş söz açılmışdır.
Jurnalda Osman Mert, Nizami Cəfərov, Abuzər Bağırov, Vilayət Quliyev, Şükrü Haluk Akalın və Nevzat Özkanın bir-birindən maraqlı və fərqli məqalələri dərc olunmuşdur.
İmdat Avşarın Xalq Yazıçısı Anarla olan müsahibəsi də jurnalda geniş yer almışdır.
Ayrıca İnci Okumuş, Gonca Yılmaz Hatunoğlu, Azize Üzel, Koray Kök və Mustafa Ruhi Şirinin şeirləri də fevral sayının şeir və nəzm payı olaraq oxucuların ixtiyarına verilmişdir.
İmdat Avşar bildirmişdir ki, Qurultayla bağlı yazıların ikinci hissəsi jurnalın mart sayında davam etdiləcəkdir.
Jurnalın yaradıcı kollektivinə və Türk dünyasının, xüsusilə də Azərbaycan Ədəbiyyatının illərdir xidmətində dayanan İmdat Avşara təşəkkür edir, uğurlar arzulayırıq.
Aysel Xanlarqızı Səfərli
Baxış sayı:62
Bu xəbər 04 Fevral 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















