Icma.az
close
up
RU
Türk ədəbiyyatının ilk inqilabçı şairi Atatürk ona cavabı nə olmuşdu?

Türk ədəbiyyatının ilk inqilabçı şairi Atatürk ona cavabı nə olmuşdu?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün türk mütəfəkkir Namiq Kamalın anım günüdür.
Kulis.az bu münasibətlə Mətanət Şəkixanovanın "Tənzimat dövrü ədəbiyyatı: Namik Kamal və məsləkdaşlarının Vətən, millət, azadlıq fəlsəfəsi" yazısını təqdim edir.

XIX əsr Türkiyənin siyasi həyatında çox təbəddülatlı bir əsr idi. Belə ki, bu dövrdə Avropa dövlətlərinin maraqlarının Türkiyəyə nüfuz etməsi və eyni zamanda İmperiyanın sosial, siyasi və iqtisadi həyatında bir tənənzülün başlaması 1839-cu ildə Osmanlı dövlətini “tənzimat islahatı” qəbul etməyə vadar etdi. Tənzimat islahatınin qəbulu bilavasitə Avropanin təsiri ilə bağlı idi. Daha dəqiq desək “tənzimat islahatı” Osmanlı dövləti tərəfindən Avropa həm də Rusiya müdaxiləsi qarşısında “öz varlığını qorumaq” üçün həyata keçirdiyi ictimai, siyasi hərəkat idi.” Həyata keçirilən islahatların ədəbiyyata da təsiri olduğu üçün bu dövrdə Osmanlıda Avropa ədəbiyyatının türk ədəbiyyatına həm formaca, həm də məzmunca təsirini özündə əks etdirən “Tənzimat ədəbiyyatı” dövrü yarandı...

Belə ki, bu dövrdə Avropa ölkələrində kapitalizmin əmələ gəlməsi üçün maddi baza ilə bərabər, feodalizm idealogiyasına zərbə vuran idealogiya yaranmalı idi. Fransa, İngiltərə, Almaniya və.s ölkələrdə belə idealogiya yaranmışdı. Din sxolastik elm və ədəbiyyat köhnə, zərərli təhsil sistemi və s. əleyhinə burjua ideoloqları, məhdud cəhətləri olsa da, materialist dünyagörüşünü, həqiqi elmi, yeni ədəbiyyatı, yeni təhsil sistemini irəli sürdülər. Bu sahədə Avropanın artıq zəngin təcrübəsi formalaşırdı.

Kapitalizmin ancaq rüşeyim halında olduğu Osmanlı imperiyasında isə güclü feodalizm ideologiyası ilə müvəffəqiyyətli mübarizə aparmaq üçün onun müstəqil idealogiyası yaranmamışdı. Cəmiyyət həyatının əsas sahələrini əhatə edən islahatlar Avropa ölkələrindən, xüsusən də, Fransadan alındığı üçün, deməli, feodalizm idealogiyası ilə mübarizə aparan ideoloji silah da Avropadan alınmalı idi. Bu ideoloji prinsiplər din, sxolastika və fanatizmlə mübarizə apardığı üçün mütərəqqi hesab olunmalıdır.

Beləliklə, Osmanlı imperiyasına Avropanın iqtisadi, hərbi təsiri ilə bərabər, onun materialist fəlsəfəsi, humanist ədəbiyyatı, yeni, nisbətən mütərəqqi sistemi də daxil oldu.

İmperiyanın ziyalı təbəqəsi bu yolda səylə çalışırdı. Lakin bu ideoloji mənimsəmə, faydalanma bəzən yerli şəraitə uyğunlaşdırılmır, mexaniki şəkildə gedirdi.

Türklər müxtəlif iqtisadi, tarixi, ənənəvi və.s səbəblər nəticəsində uzun müddət Fransa iqtisadiyyatı və mədəniyyətinə meyl etmişlər. Tənzimat dövründə cəmiyyət həyatının bir çox sahələrində Avropanı təqlid etmək türk ədəbiyyatına da qüvvətli təsir göstərmişdir. Bir neçə inqilabdan çıxmış, kapitalizm şəraitində inkişaf etmiş Avropa ölkələrində və Rusiyada ədəbiyyat çox irəli getmişdi. Türklərin ziyalı təbəqələri, bir sıra dövlət xadimləri öz xalqına yeni, avropasayağı bədii əsərlər vermək üçün ədəbi islahat aparmaq, Avropa mütərəqqi ədəbiyyatından, o cümlədən rus ədəbiyyatından istifadə etmək məsələsini ortaya atmışdılar. Bu islahat müxtəlif yollar və vasitələrlə həyata keçirilirdi. Avropadan, xüsusən Fransadan mütəxəssislər türk məktəbləri üçün müəllimlər dəvət olunur, orta məktəblərdə fransız dili tədris olunurdu. Ölkəyə fransız dilində çoxlu kitab, qəzet və jurnallar gətirilirdi.

Hökumət, “gənc türklər”, ziyalılar, eləcə də ayrı-ayrı varlılar məmləkət gənclərini məlif ixtisaslar üzrə oxumağa göndərirdilər. Həmin gənclər Fransaya müxtəlif ixtisaslar üzrə oxumağa göndərilirdi. Onlar Fransa qabaqcıl mədəniyyəti və ədəbiyyatı ilə tanış olur, Fransa inqilabı hərəkatı onların dünyagörüşünə böyük təsir edirdi.

Beləliklə, Türkiyədə “Tənzimat dövrü ədəbiyyatı” bu gənclərdən biri olan Şinasi (İbrahim Şinasi Parisdə təhsil alarkən 1848-ci il inqilabı baş vermişdir. O, bu inqilabın atəşin tərəfdarı kimi nümayişlərdə fəal iştirak etmiş və hətta iş o yerə çatmışdır ki, bütün parislilərin gözü qarşısında, birinci olaraq Panteonun qülləsinə qalxmış, qırmızı inqilab bayrağını oraya sancmışdır (B.A.Qordlevskiy. İzbrannıe soçinenie, II, c, M, 1961, s 353)) ilə başlasada onun bir çox parlaq nümayəndələri olmuşdur ki, onlardan ən diqqətəlayiq yaradıcılığı olan Namiq Kamaldır. Namiq Kamalın bayraqdarı olduğu Tənzimat ədəbiyyatı daha sürətlə inkişaf edərək çoxlu tərəfdar toplaya bilmişdi.

Bu ilin dekabr ayında bu böyük türk inqilabçı şairi Namiq Kamalın anadan olmasının 175 (1840, 21 dekabr) ili tamam olur. Qüdrətli istedada, nadir hafizəyə malik olan Kamal indiki Albaniya ərazisinə düşən Təkirdağ qəsəbəsində zadəgan ailəsində doğulmuşdur. Nəslindən dünyaya sədri-əzəmlər, böyük sərkərdələr, şairlər, alimlər gəlmişdir. Bu nəslin üzvüləri hər nə qədər hakimiyyətə yaxın olsalar da, bir o qədər mədhiyyəçilikdən uzaq olub, öz yenilikçi və azadfikirli ruhları ilə daima təqiblərə məruz qalmış, lakin tutduqları yoldan dönməmişlər. Məhz elə bir mühitdə böyüyən Namiq də üsyankar bir ruhun daşıyıcısı olub, azadfikirli gənc idi.

Kamal yaradıcı həyatına bir jurnalist, redaktor kimi başlamış, inqilabi hərəkatını davam etdirmək üçün isə Avropaya mühacirət etmiş, İstanbula qayıdarkən zindan və məhbəslərdə xeyli illərini keçirməli olmuşdur. Ən çətin anlarda belə mübarizə əzmini itirməmiş, məsləyindən dönməmişdir. Təəssüf ki, məhsuldar yaradıcılığının baharında, ağır keçən həyatının isə 48-ci qışında; yenə bir dekabr günündə (1888-ci il, 2 dekabr) həyata əbədi əlvida demişdir...

O bir zədəgan ailəsi cocuğu olsa da, biliklərinin çoxunu dönmədən öz üzərində müstəqil çalışmalarından əldə etmişdi. Avropaya mühacirəti dönəmində, bilavasitə, Qərb alimləri, ədibləri, inqilabçıları, sosialistləri ilə görüşləri zamanı əldə etdiyi biliklər nəticəsində siyasət, ədəbiyyat, tarix, iqtisadiyyat və s. sahələrdə dərin ensklopedik məlumatlara yiyələnmişdir. Bu biliklər onun zəkasının dərinləşməsinə, dünyagörüşünün zənginləşməsinə səbəb olmuşdur.

Namiq Kamal türklərin üç inqilabçı şairindən biridir. O, Türkiyə inqilab hərəkatının banisi kimi XIX əsrin 60-cı illərindən bədii sözü silaha çevirən bir şair idi. Türkiyənin tarixində “Yeni osmanlılar partiyası”nın həm yaradıcısı, həm də başqanlarından biri olmuşdur. Əsrlərdən bəri Şərq, deməli türk ədəbiyyatında da şairlərin “gül və bülbül” şəninə yazdıqları şeir və hekayələr Kamal yaradıcılığında “Vətən və millət” kimi səslənməyə başladı. O, alovlu qələminin əzmi, vətənpərvər qəlbinin hökmü ilə millətini yeni günlərə, hüriyyətə səsləyirdi. Türkiyədə inqilabi hərəkatın bu dövrünü öyrənməyin tədqiqatçılar üçün başqa bir mənası da vardı. Kamalın da iştirak etdiyi inqilabi hərəkat məhz bu qanunauyğunluqları sübut edən mühüm bir tarixi mübarizə epizodudur. Belə ki, imperiya həyatanın bu cür dramatik şəraitində ədəbiyyatı xalqın, azadlığın xidmətinə verməyin nə qədər çətin, ağır vəzifə olduğunu sübuta ehtiyac yoxdur. Namik Kamal bu çətinlikdən qorxub çəkinən adamlardan olmadı. O qələmini silaha çevirmiş şair, inqilabi ruhda pyeslər yazan dramaturq, Avropa sayağı romanlar müəllifi və mübariz mətbuatın tərəqqisi yolunda çalışan jurnalist idi. Vətən, azadlıq, mübarizə, inqilab məfhumlarını ədəbiyyata da ilk dəfə o daxil etmişdir. Kamalın inqilabi fəaliyyəti və azadlığa, mübarizəyə çağıran əsərləri 1908-ci il burjua inqilabına, sonralar isə Türkiyə azadlıq hərəkatına, Padşahın taxdan salınaraq Respublika qurulmasına ciddi təsir etmışdir.

Vətənin bağrına düşmən dayamış xəncərini
Yoxmudur qurtaran bəxti qara madərini?
Bu həyacanlı misralarla çağrışına Mustafa Kamal paşa Türkiyə Böyük Millət Məclisinin tribunasından qarşılıq verərək demişdir;

Vətənin bağrına düşmən dayasın xəncərini
Bulunur qurtaracaq bəxti qara madərini!

N. Kamaldan sonra türkləri azadlığa, inqilaba səsləyən şair Tofiq Fikrət olmuş, o Kamalın dini-idealizmə əsaslanan mübarizəsinə materialist, ateistik bir ruh gətirmişdi. Milləti istibdadı yıxmaq, onun yerinə xalqa demokratik azadlıqlar verən respublika yaratmaq vəzifəsini qopymuşdu.
Bu yolda milləti silahlı üsyana çağıran Fikrət yazırdı
Haqsızlığın ənbaini gördük, bumu qanun?
Ən qəmli səfalətlərə düşdük, bumu dövlət?
Dövlətsə də, qanunsa da artıq yetər olsun!
Zülmün topu var, gülləsi var, qaləsi varsa
Haqqında bükülməz qolu, dönməz üzü vardır...

Tofiq Fikrətdən sonra türk məfkurəsində azadfikirliliyin rəhni olan mübarizəni Nazim Hikmət də davam etdi və bu mübarizənin miqyasını xalqına məxsus sərhədlərdən xeyli uzaqlara Qərbə və Şərqə yaydı. XX əsrin 50-ci illərində o, Türkiyənin Bursa həbsxanasından yazdığı şeirləri ilə Çin, Vyetnam və yunan zəhmətkeşlərini azadlıq uğrunda mübarizəyə ruhlandırırdı.

Eyni ruh daşıyıcıları içərisində Kamalın ən seçkin mərtəbədə durmasını Türkiyənin millətçi şairəsi Xalidə Ədib xanım belə qələmə almışdır; “Məncə, ən yüksək və laik olan Kamaldır. Mərd, cəsur, fədakar, bir qayə aşiqi, qəhrəman ruhlu bir dövlət adamı!” (Xatırladım ki, N.Kamal bir xeyli məsuliyyət tələb edən dövlət vəzifələrində də çalışmışdır-Ş.M). ...Tənzimatın başındakı mühərrirlərimizi (...) zehniyyət etibarı ilə daha yüksək sayıram. Onlar daha qüvvətli ideal sahibləridir”.

Tənzimat ədəbiyyatının formalaşdığı zamanın ağırlığı və inqilabiliyinin yüksək dərəcəsi etibarı ilə bu dövr ədəbiyyatını “ədəbiyyati-cədidədən” də daha üstün sayıram deyən Həmdullah Sübhi bəy isə Kamalı dəyərləndirərkən həm də “...Mənə cocuq sənələrimdə... məmləkətimin eşqini, yüksək və əsil şeylərin sevgisini, qüvvətə və zülmə kafa tutmanın zövgünü öyrədən Kamal bəy oldu” demişdir.

Namiq Kamal - 50 yaşı belə bütöv yaşaya bilməmiş şairi təkcə Türkiyə türkləri deyil bütün türkdilli xalqlar türkçüliyin, türk milli kimliyinin dərk edilməsi, vətən azadlığı yolunda mübarizələrdə ömür keçirmiş öndərlərindən biri hesab edir.

"Rəşad Məcid məhz belə elçilərdəndir" - Kamal Abdulla AzTV-nin keçmiş sədrinin qardaşı oğluna hökm oxundu "Bir insanı sevməklə başlayır hər şey..." - "Türkiyənin Çexovu" adlandırılan yazıçı kim idi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri