Icma.az
close
up
RU
Türk ədəbiyyatının hüznlü şairi Turqut Uyar hərbçilikdən niyə uzaqlaşmışdı?

Türk ədəbiyyatının hüznlü şairi Turqut Uyar hərbçilikdən niyə uzaqlaşmışdı?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

22 avqust Türkiyənin tanınmış şairi Turqut Uyarın anım günüdür.

Kulis.az bu münasibətlə Taner Bayramın yazısını təqdim edir.

Avqust ayı həm doğulduğu, həm də dünyadan köçdüyü tarixə görə Turqut Uyarın ayı sayıla bilər. Bu təsadüf bizə onun həyatını və poeziyasını xatırlamaq üçün bir fürsət yaradır. Elə isə gəlin, birlikdə şairin məşhur şeirində dediyi kimi - "Göyə baxaq..."

Turqut Uyar 1927-ci ilin 4 avqustunda Ankarada altı uşaqdan ibarət bir ailənin beşinci övladı olaraq dünyaya gəlib.

Atası xəritə zabiti olmaqla yanaşı həm də xəttat idi. O, Ankarada latın əlifbası ilə yazılmış ilk küçə lövhələrini hazırlayan şəxslərdən biri olmuşdu. Lakin atası vəzifəsi səbəbilə ailəsindən ayrı yaşayırdı və tezliklə vəfat etdi.

Bu itki gənc Turqutu dərindən kədərləndirib.

Atasının ölümündən sonra ailə İstanbula, Ədirnəqapıya köçüb. O gündən etibarən hüzn və kədər Turqut Uyarın həyatına hakim oldu. O bu halını belə ifadə etmişdi: “Hüzünlü bir uşaq idim. Nədənsə daim ağlamağa hazır. Qardaşım mənə sataşdıqca anam ‘Etmə, oğlum,’ deyərdi ona...

Turqut Uyar ibtidai təhsilini bitirdikdən sonra Bursa Işıklı Hərbi Liseyində oxumağa başladı. Daha sonra Hərbi Məmurlar Məktəbini bitirdi və gənc bir hərbi məmur kimi Anadoluya yola düşdü. Lakin hərbçi həyatı nə onun xarakterinə, nə də dünyagörüşünə uyğun idi.

Hələ hərbi məktəbdə oxuduğu dövrdə, 1947-ci ildə Yezdan Şenerlə evləndi. Bu evlilikdən Semiramis, Tunga və Şeyda adlarında üç övladı dünyaya gəldi. Uyar, hərbçi peşəsindən istefa verdikdən sonra SEKA adlı dövlət müəssisəsində işləməyə başladı və burada da təqaüdə çıxdı. SEKA-da işlədiyi dövrdə çəkilmiş kimlik kartı onun 1963-cü ildəki görüntüsünü əks etdirir.

Daha sonra isə çoxlarının tanıdığı böyük bir eşq başlayır – Turgut və Tomris... Uyar 1966-cı ildə həyat yoldaşından ayrılıb İstanbula köçür. O dövrdə Tomris Uyar Cemal Süreya ilə münasibətlərini sonlandırmaq üzrə idi.

Onlar arasında şeirlər mövzusunda məktublaşmalar başlayır və bu yaxınlıq 1969-cu ildə evliliklə nəticələnir.

Bu evlilikdən onların bir oğlu – Hayri Turqut Uyar dünyaya gəlir.

Tomris Uyar, Turqut Uyar haqqında belə deyirdi: “Çox yaraşıqlı, çox ağıllı, çox duyğulu bir insan idi. Bəlkə də mənim üçün həddən artıq ciddi idi. Tipik bir ədəbiyyatçı xüsusiyyətlərinə malik, özünə qapanıq, ətraf dünya ilə az ünsiyyətdə olan, şeirlə xoşbəxt olan biriydi. Mən isə elə deyiləm. Dənizi də sevirəm, gəzməyi də... Daha canlı, daha hərəkətli biri olmaq istəyirəm. Bəlkə də bu baxımdan çox uyğun deyildik.” O, həmçinin bu sözləri də əlavə edirdi: “Həmişə çox qısqanc idi... Turqut Uyarla keçirdiyimiz bəzən qovğalı gecələri indi olsa, çəkə bilməyəcəyimi bilirəm, amma bütün çətinliklərinə baxmayaraq, fırtınalı bir eşqi, sadə, yeknəsəq bir münasibətə hələ də üstün tutduğumun fərqindəyəm.”

Turqut Uyar ilk şeirini – “Yad” adlı əsərini "Yedigün" jurnalında dərc etdirmişdi.

Daha sonra tanınmış tənqidçi Nurullah Ataçın təşviqi ilə 1948-ci ildə "Kaynak" jurnalının şeir müsabiqəsinə “Ərzi-hal" adlı şeiri ilə qatılıb və bu şeirlə birinci yeri qazanıb. Ataç onun ilk kitabı “Türkiyem”ə ön söz yazaraq belə demişdi: “Bilmirəm, Turqut Uyarı yaxşı şair saymaqla yanılırammı? Heç zənn etmirəm. Nə olursa olsun, onun üçün atıram zərimi.”

Uyar Ece Ayhan, Cemal Süreya və Edip Cansever ilə birlikdə İkinci Yeni cərəyanın aparıcı nümayəndələrindən biri olmuşdu. Şair ömrü boyu doqquz şeir kitabı nəşr etdirmişdi.

1984-cü ildə isə onun bütün şeirləri "Böyük saat" adlı bir kitabda toplanmışdı.

Lakin həyatının son illərində Turqut Uyarın sağlamlığı getdikcə pisləşdi. Həddindən artıq spirtli içki istifadəsi nəticəsində sirroz xəstəliyinə tutuldu və bu səbəblə böyük əzablar yaşadı.

Hüznlü və böyük şair 1985-ci ilin 22 avqustunda dünyasını dəyişdi. Məzarı Rumelihisarı qəbiristanlığındadır...

"İsa Məsihin iztirabları" filminin davamı iki hissəli olacaq 40 milyon illik Baltik kəhrəbası geyim kolleksiyasında Ozzi Osbornun ölüm səbəbi açıqlandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri