Icma.az
close
up
RU
Türk ekspert: Yaxın Şərqdəki risklər fonunda Orta Dəhlizin əhəmiyyəti artır

Türk ekspert: Yaxın Şərqdəki risklər fonunda Orta Dəhlizin əhəmiyyəti artır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 aprel, AZƏRTAC

Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər və beynəlxalq təhlükəsizlik mühitində artan qeyri-müəyyənlik qlobal ticarət sisteminə birbaşa təsir göstərir. Mövcud vəziyyət ənənəvi nəqliyyat marşrutlarının dayanıqlılığını sual altına qoymaqla yanaşı, alternativ və daha etibarlı ticarət dəhlizlərinə marağı əhəmiyyətli dərəcədə artırır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadi əməkdaşlığının dərinləşməsi və Orta Dəhlizin strateji rolunun güclənməsi xüsusi aktuallıq kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr yalnız regional deyil, qlobal iqtisadi balanslara da təsir edir.

“Enerji daşıyıcılarının qiymətlərində dalğalanmalar, logistika xərclərinin artması və tədarük zəncirlərində yaranan fasilələr beynəlxalq ticarətin strukturunda yeni yanaşmalar tələb edir. Bu şəraitdə Orta Dəhliz – Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan multimodal nəqliyyat xətti – alternativ deyil, artıq zəruri marşrut kimi qiymətləndirilir. Son illərdə Azərbaycan və Türkiyənin təşəbbüsləri, eləcə də Qazaxıstan, Özbəkistan və digər TDT ölkələrinin fəal iştirakı ilə Orta Dəhliz boyunca infrastruktur layihələri sürətlə inkişaf etdirilib. Dəmir yolu xətlərinin modernləşdirilməsi, limanların ötürmə qabiliyyətinin artırılması və logistika mərkəzlərinin yaradılması bu marşrutun rəqabət qabiliyyətini xeyli yüksəldib. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti Avrasiya məkanında yüklərin daha qısa müddətdə və təhlükəsiz şəkildə daşınmasına imkan yaradır. Əgər əvvəllər Orta Dəhliz alternativ kimi nəzərdən keçirilirdisə, bu gün o qlobal ticarət sisteminin ayrılmaz hissəsinə çevrilməkdədir. Yaxın Şərqdəki risklər fonunda bu marşrutun əhəmiyyəti daha da artır və TDT ölkələrinin koordinasiyalı fəaliyyəti bu prosesi sürətləndirir”, – deyə ekspert bildirib.

İ.İşbaş əlavə edib ki, Orta Dəhlizin effektivliyinin artırılması üçün gömrük prosedurlarının vahid sistem əsasında tənzimlənməsi, rəqəmsal platformaların tətbiqi və tranzit müddətlərinin minimuma endirilməsi vacibdir. Bu istiqamətdə “rəqəmsal dəhliz” konsepsiyasının tətbiqi yükdaşımaların şəffaflığını və sürətini əhəmiyyətli dərəcədə artıra bilər.

Ekspert, həmçinin vurğulayıb ki, TDT ölkələri arasında maliyyə institutları və investisiya mexanizmlərinin gücləndirilməsi Orta Dəhliz layihələrinin davamlı maliyyələşdirilməsi baxımından mühüm rol oynayır. Birgə fondların yaradılması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bu istiqamətdə əsas prioritetlər sırasındadır: “Bu gün Türk dövlətləri yalnız coğrafi baxımdan deyil, iqtisadi və strateji baxımdan da bir-birinə daha sıx bağlıdır. Mövcud geosiyasi reallıqlar bu əməkdaşlığı daha da sürətləndirir və Orta Dəhlizi Avrasiyanın əsas ticarət arteriyalarından birinə çevirir. Düzgün strategiya və koordinasiya olunmuş siyasət nəticəsində TDT məkanı yaxın illərdə qlobal iqtisadi sistemdə yeni güc mərkəzi kimi çıxış edə bilər. Yaxın Şərqdəki qeyri-sabitlik fonunda yaranan risklər eyni zamanda yeni imkanlar pəncərəsi açır. Türk dövlətləri bu imkanları dəyərləndirərək həm regional, həm də qlobal səviyyədə təsir gücünü əhəmiyyətli dərəcədə artıra bilər”.

Müxbir-Vüqar Qurbanoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:417
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Aprel 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri