Icma.az
close
up
RU
Türk Hava Yolları Ermənistana uçuşlara başlayacaq

Türk Hava Yolları Ermənistana uçuşlara başlayacaq

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu barədə Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan parlamentdə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, bu məsələ üzrə, artıq 10 ildən artıqdır ki, müzakirələr aparılırsa da, "Türk Hava Yolları" şirkəti "siyasi səbəblərə görə" Ermənistana uçuşlar həyata keçirməyə maraq göstərməyib.
"Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Sərdar Qılıcın ölkəmizə sonuncu səfərində də bu mövzuya toxunulub. İki ölkə arasında hava sahəsində əməkdaşlığın artırılmasının zəruriliyindən danışılıb. Hazırda isə "Türk Hava Yolları" İrəvana yaxın gələcəkdə reyslərin başlayacağını açıqlayıb", - komissiya sədri jurnalistlərin diqqətinə çatdırıb.
O söyləyib ki, prosesin başlayacağı dəqiq vaxt hələ məlum deyil; ilkin mərhələdə texniki və hüquqi məsələlər, o cümlədən lisenziyalaşdırma öz həllini tapmalıdır.
"Bu işlər çox uzun çəkməyəcək. Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlərin normallaşmasına hər hansı maneə yoxdur. İrəvan Ankaradan fəal addımlar gözləyir", - Sarkis Xandanyan deyib.
Məlumat üçün bildirək ki, Türkiyə ilə Ermənistan arasında 1991-ci ildən bəri diplomatik əlaqələri yoxdur, dövlət sərhədi isə 1993-cü ildən bağlıdır. Belə bir vəziyyət Türkiyənin Dağlıq Qarabağla əlaqədar Azərbaycanın mövqeyini dəstəkləməsi, habelə 1915-ci ildə qondarma "erməni soyqırımı"nın İrəvan tərəfindən dünyadan tanıdılması fonunda meydana gəlib. 2021-ci ilin dekabrında ölkələr münasibətlərinin normallaşdırılması məqsədilə qarşılıqlı xüsusi nümayəndələr irəli sürüblər.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri