Türk Hava yollarında Atatürk qadağası etiraza səbəb oldu FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Türk Hava Yolları (THY) kabin heyətinin geyim qaydalarında dəyişiklik edib.
Milli.Az xəbər verir ki, yeni qaydalara əsasən, təyyarə bələdçilərinə yalnız THY-yə məxsus rəsmi böyüklük nişanını taxmağa icazə verilir. Atatürk və Türkiyə bayrağı təsvirli nişanlar da daxil olmaqla, digər bütün nişanlar qadağan olunub.
THY baş direktoru Bilal Ekşi tərəfindən imzalanan qaydalar aksesuar istifadəsinə də məhdudiyyətlər gətirir. Kabin heyətinə yalnız sadə üzük, nazik bilərzik və zəncir taxmağa icazə verilir, dəri, şnur və muncuqdan hazırlanan aksessuarlar qadağandır.
Şirkət rəsmiləri bildirir ki, nişan qadağası yeni deyil və oxşar məhdudiyyətlər 2011-ci ildən tətbiq olunur. Buna baxmayaraq, son dəyişikliklər sosial mediada tənqidlərə səbəb olub. Bəzi jurnalist və istifadəçilər qərarın Atatürk simvollarını əhatə etməsinə etiraz ediblər.
THY isə tənzimləmənin korporativ geyim standartlarının qorunması məqsədi daşıdığını vurğulayır.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 09 Yanvar 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















