UEFAnın türk klubları ilə bağlı paylaşımı etiraza səbəb oldu Foto
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA-nın "Qalatasaray"la bağlı paylaşımı bu klubun əzəli rəqibi olan "Fənərbağça" azarkeşlərinin narazılığına səbəb olub.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, UEFA-nın Avropa Liqasının rəsmi sosial media hesabında "Qalatasaray"ın futbolçusu Yunus Akgünün şəkli "Yenilməz və Türkiyə Superliqasının zirvəsində" sözləri ilə paylaşılıb.
Bundan sonra "Fənərbağça"lı azarkeşlər həmin paylaşıma yazdıqları yüzlərlə şərhlə etirazlarını bildiriblər.
"Fənərbaxça" azarkeşlərinin təzyiqindən sonra UEFA daha bir paylaşım edib. "Qalatasaray"la bağlı postdan təxminən 1.30 saat sonra qitənin ali futbol qurumunun səhifəsi bu dəfə "Fənərbaxça"nın futbolçusu Yussef En-Nesrinin şəklini paylaşıb.
Qeyd edək ki, bu mövsüm həm "Qalatasaray", həm də "Fənərbağça" UEFA Avropa Liqası yarışında iştirak edir.
Baxış sayı:70
Bu xəbər 07 Yanvar 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















