Icma.az
close
up
RU
Türk Mədəniyyət Mərkəzində yazarlarla görüş keçirilib

Türk Mədəniyyət Mərkəzində yazarlarla görüş keçirilib

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakıda Yunus Emre İnstitutunun Türk Mədəniyyət Mərkəzində Anadolu Məktəbi layihəsi çərçivəsində yazar və oxucu görüşü keçirilib.

Tədbirdə Türkiyə və Azərbaycanın ədəbiyyat və mədəniyyət nümayəndələri gənc oxucularla bir araya gəlib. Görüşdə ortaq ədəbiyyatın iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsindəki rolu diqqətə çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdullayev, Anadolu Məktəbi Vəqfinin Müvəkkillər Heyətinin üzvü Muhammed Hakan Tanrıöver, Türkiyənin Bakıdakı səfirliyinin Mətbuat müşaviri, doktor Alptekin Cihangir İşbilir, yazıçı və tərcüməçi İmdat Avşar, həmçinin millət vəkilləri, təhsilçilər və gənc oxucular iştirak ediblər.

Görüş çərçivəsində yazarlarla oxucular arasında fikir mübadiləsi aparılıb. Gənclər oxuduqları əsərlərin müəlliflərini yaxından tanımaq, onları maraqlandıran suallara cavab almaq və ədəbiyyatla bağlı düşüncələrini bölüşmək imkanı əldə ediblər.

Anadolu Məktəbinin əsas məqsədlərindən biri gənclərin dəyərli ədəbi əsərləri mütaliə etməsinə, oxuduqları əsərləri təhlil etməsinə və öz fikirlərini sərbəst şəkildə ifadə etməsinə şərait yaratmaqdır. Yazar və oxucu görüşləri də bu prosesi qarşılıqlı ünsiyyət, fikir mübadiləsi və təcrübə paylaşımı ilə zənginləşdirir.

Türkiyə və Azərbaycandan olan gənclərin müştərək mütaliə ətrafında bir araya gəlməsi iki ölkənin ədəbiyyatının və yazarlarının qarşılıqlı şəkildə daha yaxından tanınmasına imkan yaradır. Bu cür layihələr Türk dünyasında ortaq ədəbi və mədəni dəyərlərin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Yunus Emre İnstitutunun Bakıdakı koordinatoru Gökhan Seyhan tədbirdə çıxış edərək bildirib ki, ortaq gələcək ortaq ədəbiyyatı tanıyan, oxuyan və bu zəngin irsdən ilham alan gənclərlə formalaşacaq.

“Yunus Emre İnstitutu olaraq mədəniyyətimizin ayrılmaz hissəsi olan ədəbiyyatımızın dəyərli yazarlarını gənc oxucularla görüşdürməkdən məmnunluq duyuruq. Bu görüşləri gənclərin mədəniyyətimizlə bağlarını gücləndirən və onların bir-birini daha yaxından tanımasına imkan yaradan mühüm tədbirlər kimi qiymətləndiririk”, – deyə Gökhan Seyhan bildirib.

O, Anadolu Məktəbinin fəaliyyətinin əhəmiyyətindən də danışıb. Qeyd edib ki, gənclərin eyni əsərləri oxuması və həmin əsərlər ətrafında müxtəlif fikirləri dinləməsi onların dünyagörüşünün genişlənməsinə, birgə düşünmək və qarşılıqlı anlaşma mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

Yunus Emre İnstitutunun dil, mədəniyyət və incəsənət vasitəsilə xalqlar arasında davamlı əlaqələrin qurulmasına xidmət edən fəaliyyəti çərçivəsində keçirilən görüş Türkiyə-Azərbaycan qardaşlığının ədəbiyyat vasitəsilə daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli tədbir olub.

Gökhan Seyhan tədbirdə iştirak edən qonaqlara, Anadolu Məktəbi ailəsinə, gənclərə dəstək olan təhsilçilərə və gənc oxuculara təşəkkürünü bildirib. O, bu cür görüşlərin ortaq mədəni dəyərlərin yeni nəsillərə çatdırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Oktyabr 2026 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri