Icma.az
close
up
RU
Türk mənşəli dini sakral Şemanixa çayı, Şaman dağı Və eyni mənşəli antrotoponimlər

Türk mənşəli dini sakral Şemanixa çayı, Şaman dağı Və eyni mənşəli antrotoponimlər

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Sarı Türklərin, Bəyaz Türklərin, Göy Türklərin, Çöl Türklərin... oturaq və köçəri həyat tərzinin yaşamıi, tarixi-coğrafi şifahi və yazılı səhifələri, relyef-labdşaft örtüyü bir sıra maddi-mədəniyyət irsi ilə zəngin olduğu kimi yaratdıqları kökənli toponimlərin etimoloji anlamında da etnogenetik və etnmorfoloji mənsubluq tarixi kerçəklik olaraq günümüzə qədər qorunub saxlanılmışdır. Ən qədim coğrafi Türk yurdlarına (o cümlədən, cənubi Savur/Sabir-Sibir çöllərinin, Altay-Sayın dağlıq qurşağının, Abu-Su/Ob və Yeni Su/Yenisey çayları hövzəsində, Bəygöl/Baykal gölü hüdudlarında) məxsus antronim, oronim və hidronimlərin yaranmasında dini-sakral, mistik-fəlsəfi məna yükü də əsas amil olmuşdur.

Bu baxımdan hidronim kimi əski Türkdilli Hun-Quz-Sak-Uyğur soyluların əcdadlarının cənubi Savur-Sibir çöllərindən axan Şemanixa çayını, oro/teotoponim kimi Bəygöl/Baykal gölündə Şaman qayası/dağını, Ər Qurd/İrkut çayı sahilindəki antrotoponim olaraq Şamancıq kəndini... qeyd etmək olar. Xristianlığa qədərki dini-sakral dünyadərkinin mistik-fəlsəfi təlim-Şaman ocaqlarının, daşlaşmış Ruh abidələrinin sıx yayıldığı Altay diyarı ilə həmsərhəd bu ərazilərdə ruhani mənşəli toponimlərin yaranması təsadüfi olmayıb. Müqəddəs Ruhların dolaşdığı bu əski coğrafi məkanlar boyunca mistik inanca tapınan Şamanlar Şemanixa çayına dua oxuyublar, suyunu məlhəm sanıblar, od-ocağı söndürəndə yalnız onun suyundan istifadə ediblər, Xeyirin Şərə qarşı çay yatağı zəfər vadisi kimi qiymətləndirilib., dağlarının qoynunda yurd salıb, İlahi İnama açılan ocaq çatıblar...

Bəygöl/Baykal gölünün cənub-qərb hissəsində, Ər Qurd-İrkut çayı sahillərindəki (Şasmancıq şayının mənsəbində) Şaman kəndi sakral ruhun örtüyünə bürünüb.

Ər Hun/Olxon adası Bəygöl/Baykal gölünün şimalında yerləşir, adanın qərbindəki Şaman qayası/dağı (hündürlüyü 36-42 m-ə çatan) Asiya qitəsinin 9 müqəddəs ocaqlarından biridir. Qayalığın altında dini təlimlərin keçirildiyi, eləcə də, qədim yaşayış ocağı kimi istifadə olunmuş Şaman mağarasının (uzunluğu 12 m, eni 3-4,5 m, hündürlüyü 6,5 m) yaşı e.ə.V minillikdən hesablanır. Qayanın/dağın su hövzəsindəki ucqar hissəsi Şaman burnu adlanır. Hun-Quz və Moğol salnamələrinin şifahi tarixi bilgilərinə görə Çingiz xan adada olmuş, Göy Türklərin müdrik və hörmətli böyüyü Hun/Xan-Baba burada yaşamışdır.

Abu-Su/Ob çayının sağ qolu Verdi/Berd çayına soldan qovuşan Şemanixa çayının (uzunluğu 10 km) yatağı Şamanlar vadisi sayılır, Uca Haqqın payı kimi qəbul edilib, Hun-Quz-Sak....tayfaları tərəfindən. Bölgənin hakim etnobirliyini yaradan Hun-Quz-Sak...ittifaqına məxsus toponimlərin əksəriyyəti dini-sakral mənşəli olmaqla Şaman təliminin ruhuna uyğundur, eləcə də, alt qatlarına və yayılma xüsusiyyətlərinə görə.

Ər Qurd çayınn sol qolu Şamancığın mənsəbində 33 Hun Ərəni haqqında əfsanənin yaranması da Şamançılığın mistik-fəlsəfi dünyadərki və inancı ilə bağlıdır.

E.ə. minilliklərdə, Neolit və Üst Tunc dövrlərində mistik təsəvvürlərdə İlahi Haqqa tapınma ilk növbədə Ruhun Ucalan etiqadları ilə Təcəlla tapdığından ibadətin təzahürü kimi Şamanlar mürid və mürşid rollarında çıxış etmiş, həm də sakral dəyərlər qazanaraq geniş şəbəkə yaratmışlar. Dünyanın Gündoğanından tutmuş Günbatanına qədər indiyədək adlarını yaşadan toponimlərin mövcudluğu da təsadüfi deyil. Belə ki, Şərqi Avropa düzənliyində Şamaxı etno/teotoponiminə etimoloji mənaca doğma olan coğrafi adlar bu mənada az deyil.

Rusiya Fedreasiyasının Nijeqorod vilayətində, Vetluqa çayının sol hissəsində Şemanixa kəndi, Arxangelsk vilayətinin cənub-şərqində Şamanixa kəndi, Kastroma vilayətinin Şemanixa kəndi, eləcə də, Sak/Saxa-Yakutiya diyarında Kolıma çayının qolu Şamanixa şayı....kimi toponimlər bu ərazilərin etnokökənli əski Türkdilli qəbilə-tayfa birliklərinin dini-sakral təsəvvüf fəlsəfəsinin yaşamından doğulmuşdur.

Orta Aral/Ural dağlıq qurşağının şərq hissəsində (Yekaterinburq şəhərindən şimal-qərbə 50 km aralıda) əski anlamca “Tutuya” mənasında olan Tatavu gölünün (10-15 min il yaşı var) ucqar cənub-qərbindəki Böyük Şamanixa çayının mənsəbində və eyni adlı körfəzin sahilində Şamanixa kəndi (1942-ci ildən sonra Gölsahili/Приозерная adlanır) Müqəddəs Ruhların qorunduğu ocaqlardan hesab olunur, əski ibadət və dua mərasimlərinin izlərinə relyef-landşadt səhifələrində rast gəlinir (ölkəşünas-tədqiqatçı V.A.Lomkin).

Anadolu yaylası, Qara dəniz hövzəsi....yurdlarının da Hun-Quz-Sak...mənşəli toponimlərlə şaxələnməsi bir daha sübut edir ki, e.ə. XII-XI minillikdən məskunlaşan bu ərazilər böyük Avrasiya materikinin bir hissəsi olduğundan əski Türkdilli qəbilə-tayfaları yerli hesab olunmuş, yalnız dil-tələffüz fərqliliyi və minilliklərlə uzanan tarixi dövrün fonetik-sintaksis dəyişikliyi nəticəsində coğrafi assimlyasiya yaranmışdır. Nümunə kimi, Böyük Qafqazın cənub ətəklərində salınmış və ulu əcdadları Hun-Quz-Sak....qəbilələri olan Pirdirəki dağı ətəklərindəki Şamaxı şəhəri teotoponiminin yaranması maraq doğurur. Bu şəhərin qədim yurd yerlərindən Xınıslı/Dərə Xınıslı kəndi (şəhərə bitişikdir) etnonimi Hun-Quz tayfalarının adından yarandığı halda dəyişilərək Xun-Qız, Xın-Qız, Xınız...kimi tələffüz edilmiş, dialekt-şivə təhrifinə məruz qalmışdır. Tayfanın dini-sakral irsinə Pirdirəyi dağı, Gülüstan qalası coğrafi-maddi abidə kimi işıq salmaqda, möhür vurmaqdadır.

Xınıslı etnotoponimi olaraq Kürdəmir rayonunda kənd, Türkiyə Cumhuriyyətində şəhər və vilayət adlandırılb. Ağdam rayonu, Xındırstan kəndinin adı da etimoloji mənaca eyni söz kökündən yaranmışdır.

Əksər Türk-Müsəlman toponimlərinin yaranmasına səbəb olan dini-sakral məzmuna qarşı o cümlədən Rusiya dövlət siyasətinə və xalq təfəkkürünə əsasən yabançı yanaşmalardan, aşağılayıcı sarkzmlardan birinə rus şairi A.S.Puşkin (1799-1837) “Qızıl xoruz haqqında nağıl” mənzumunda imza atmış, Şamaxı şahının qızını cadugər, sehrkar, ovsunlayıcı cildində təsvir etmişdir. Əslində, bu nəzm əsərini xalq deyimləri əsasında qələmə alan müəllif xristianlığıa qədərki Türk-Müsəlman inancının simvolu kimi İlahi Haqqa tapınmağın ifadəsi kimi ümumiləşdirilmiş Şaman kultuna qarşı çıxmışdır.

R.S. 2024-cц ildə rus rejissoru M.Merzlikin (1991) lentə aldığı “Şaman” filminin bir çox epizodlarını Altay diyarında çəkib, bu dini-sakral dəyərlərin təcəssümü, İlahi Haqqa Ruhun bağlılığı fərqli yöndən qiymətləndirib.

Facebook WhatsApp Telegram Twitter Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri