Icma.az
close
up
RU
Türk ölkələri bu istiqamətdə iqtisadi münasibətləri daha da inkişaf etdirsinlər ŞƏRH EDİLDİ

Türk ölkələri bu istiqamətdə iqtisadi münasibətləri daha da inkişaf etdirsinlər ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Türk birliyi dövlətlərinin əməkdaşlığı həm Türk ölkələrinin yerləşdiyi regionda, həm Qafqazda, Orta Asiyada, həm də bütövlükdə Avrasiya məkanında çox ciddi bir gücün meydana gəlməsinə səbəb olur. Belə ki, bu gün bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə güclü potensial yaradır. İndiyə qədər bir mədəni toplum olaraq, bizim ortaq mədəniyyətimiz dünyada fərqli bir mövqe qazanmış və ümumbəşəri dəyərlər içərisində öz yerini tapmaq istiqamətində mühüm nəticələr ortaya qoymuşdur. Türk mədəniyyəti, həqiqətən də, zəngin və dərin köklərə malikdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu mədəniyyətə malik olan toplumlar ortaq dilə, adət-ənənələrə, ortaq keçmişə və tarixə, eyni zamanda ortaq inanca və milli kimliyə sahibdirlər: "Bu oxşarlıqlar və ortaq dəyərlər həmin toplumların dünyaya verə biləcəyi töhfələrin zəminini yaradır. Bu yaxınlıq və ortaq dəyərlər, əslində, daha böyük nəticələr əldə etmək üçün güclü bir təməl – alt yapıdır. Türk dövlətlərinin birliyi, ilk növbədə, qlobal siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bildiyimiz kimi, əvvəllər Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurası kimi tanınan təşkilat bu gün artıq Türk Dövlətləri Təşkilatı adını daşıyır. Bu qurum Türk dövlətlərinin siyasi maraqlarını koordinasiya edir və üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına xidmət edir.

Təşkilatın toplantıları zamanı verilən ortaq mesajlar türk milli kimliyinin əhəmiyyətini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm vasitəyə çevrilmişdir. Türk Dövlətləri Təşkilatı yalnız siyasi birlik deyil, eyni zamanda qlobal siyasi rəqabət meydanında vahid bir güc kimi çıxış edir. Məhz Qarabağ müharibəsi və Azərbaycanın bu müharibədə qazandığı qələbə zamanı Türk dövlətlərinin nümayiş etdirdiyi ortaq mövqe bunun bariz nümunəsi oldu. Demək olar ki, bütün Türk dövlətləri bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədi və bu həm rəmzi, həm də real mənada çox böyük əhəmiyyətə malik idi".

Vüqar Oruc qeyd edib ki, artıq dünya dövlətləri, o cümlədən türk milli kimliyinə qarşı olan qüvvələr belə bu birliyin potensial gücünü nəzərə almağa məcbur olurlar: "Anlayırlar ki, Türk dövlətlərindən birinə qarşı yönələn hər hansı mövqe, bütünlükdə Türk dünyasının ortaq etirazına səbəb ola bilər. Bugün Türk milli gücü təkcə regionda deyil, həm də beynəlxalq müstəvidə ciddi şəkildə müzakirə mövzusuna çevrilmişdir. Bu da Türk dövlətlərinin artan rolunun və güclənən birliyinin təzahürüdür. İqtisadi güc birliyi təbii ki, hər ölkənin iqtisadi göstəricilərinə və təbii ehtiyatlarına əsaslanır. Yaxşı olardı ki, Türk ölkələri bu istiqamətdə iqtisadi münasibətləri daha da inkişaf etdirsinlər. Bu, həm Türk dövlətlərinin inteqrasiyasına səbəb olar, həm də vahid iqtisadi gücün formalaşmasına təkan verə bilər.

Eyni zamanda, həm idxal, həm də ixrac baxımından bütün Türk dövlətləri üçün əlverişli imkanlar yaradar. Təsadüfi deyil ki, Türk dövlətləri artıq bir-birilərində müxtəlif layihələr icra etməyə başlayıblar. Bu, yalnız Türk birliyi üçün deyil, eyni zamanda ayrı-ayrı dövlətlərin iqtisadi inkişafına verilmiş ciddi töhfədir. Təbii ki, bu da olduqca müsbət və vacib bir məsələdir. Siyasi güc baxımından da təsadüfi deyil ki, Daşkənddə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə bir ifadə işlətdi: “Türk dövlətləri təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının təhlükəsizliyi, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.” Türk dünyası təkcə müstəqil dövlətlərdən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir".

Həmçinin o qeyd edib ki, türk dövlətləri birliyini o qədər gücləndirməlidir ki, təkcə üzv ölkələrdə yaşayanların deyil, həm də müxtəlif dövlətlərin tərkibində, məcburən yaşayan Türk azlıqlarının hüquqlarını qorumaq istiqamətində təsirli tədbirlər görə bilsin: "Hərbi güc baxımından isə nümunə və hazırlıq səviyyəsinə görə ən yüksək səviyyədə olan ordulardan biri Türkiyə Respublikasının Silahlı Qüvvələridir. Azərbaycan Ordusu da son Qarabağ döyüşlərində öz gücünü sübut etdi. Bu ordu müasir dövrün tələblərinə cavab verən, güclü və monolit bir ordu kimi çıxış edir. Bir çox sahədə isə hətta bəzi orduları qabaqlayır. Orta Asiya və digər Türk dövlətlərində də ordu quruculuğu yüksək templə davam etməkdədir. Hərbi birlik bizə böyük və güclü silahlı qüvvələr çərçivəsində çıxış etmək imkanı verəcəkdir. Bu isə dünya miqyasında əsas söz sahibi olmaq imkanlarını daha da genişləndirəcək. Turan Ordusu ideyası təxminən 2 milyon nəfərlik potensial bir orduya çevrilə bilər ki, bu da dünyada baş verən proseslərdə Türk dövlətlərinin öz mövqelərini müdafiə etməsi üçün olduqca vacib bir güc ola bilər. Eyni zamanda, Türk dövlətlərinin ordu quruculuğunda bir-biri ilə əməkdaşlığının gücləndirilməsi də vacibdir. Qarabağ müharibəsi bir daha sübut etdi ki, bu cür birlik bir çox problemlərin həllində açar rolunu oynayır. Xarici siyasət sahəsində də Türk dövlətlərinin bir-birinə dəstəyi çox böyük önəm daşıyır. Bu gün dünya dövlətləri arasında gedən diplomatik mübarizədə qarşılıqlı əməkdaşlıq və dəstək Türk dövlətlərinin birliyini və dünya miqyasında söz sahibi olmasını təmin edən əsas amillərdən biridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri