Icma.az
close
up
RU
“Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var” Vüsalə Mahirqızı

“Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var” Vüsalə Mahirqızı

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

“Bu gün danışdığımız önəmli mövzu- daha ədalətli bir dünya üçün çalışmaq, əlbəttə ki, mediasız olmaz. Amma bu peşənin təmsilçisi olaraq, təssüflənərək, bu gün medianın dünyanın ədaləti üçün çalışdığını söyləməyə çətinlik çəkirəm".

Lent.az xəbər verir ki, bunu "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Bakıda keçirilən "Stratcom Public Forumu" çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı paneldəki çıxışında deyib.

Vüsalə Mahirqızı qeyd edib ki, bəzi hallarda medianın işi dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına  və informasiya manipulyasiyalarına yol açır. 

“Bir dəfə Qərb ölkələrinin səfirlərindən biri mənə  Azərbaycan mediasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı  ədalətli və obyektiv mövqe ortaya qoyduğunu, hər iki tərəfin mövqeyinə yer verdiyini, bunu diqqətlə izlədiklərini və təşəkkür etdiyini bildirdi. O zaman da bildirdim ki, medianın funksiyası budur, medianın işi münaqişə tərəflərindən birinin mövqeyini işıqlandırmaq, digərini isə ofsaytda saxlamaq deyil. Bu, yalnız münaqişə tərəfi olan ölkənin mediası üçün başa düşülən ola bilər”. 

Vüsalə Mahirqızı qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünya mediasının, konkret olaraq beynəlxalq media anlayışı ilə işləyənlərin iflası oldu: “Bu mövqe eynilə sosial mediaya da aid edildi. Hətta sosial mediada əks mövqeni paylaşanlar ban edilirdi və proses indi də davam edir”. 

Baş direktor xatırladıb ki, əgər burda medianın yanaşmasında söhbət işğalçıya münasibətdən gedirdisə, o zaman başqa örnəklərdə daha fərqli yanaşmalar müşahidə edilib:

“Rusiya-Ukrayna müharibəsində işğalçı tərəf Rusiyadır. Bu, doğrudur. Ermənistan-Azərbaycan münaqişəsində də işğalçı tərəf Ermənistan idi. Amma biz burda nəyi müşahdiə edirdik, yeri gəlmişkən, hələ də bu yanaşma davam edir. Ermənistana beynəlxalq media daha çox yer verir, faktları Ermənistanın xeyrinə daha çox saxtalaşdırır, nəinki Azərbaycanın haqlı mövqeyinə. Axı Ermənistan da işğalçıdı. Demək ki, yanaşma işğal, beynəxalq hüququn pozulması deyil, bu mediaların birbaşa və ya dolayısı ilə bağlı olduqları ölkələrin maraqlarıdır”. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” tezisini xatırladan Vüsalə Mahirqızı qeyd edib ki, bu elə beynəlxalq mediaya da aiddir:

“Dünya güclərinin öz qüdrətlərini orduları, silah sənayeləri, iqtisadi inkişafları, təhsil sistemləri ilə yanaşı və günün reallığında daha çox media ilə göstərirlər. Bu gün ədalətli dünya üçün informasiya monopoliyasının da dağılmasına ehtiyac var. Dünya informasiya məkanı 5-6 beynəlxalq informasiya yayıcısının məlumatları ilə idarə olunmamalıdır. Dünya ölkələri bir-birindən informasiyanı yerli informasiya mənbələri vasitəsilə almalıdırlar. Məsələn, Azərbaycan və Türkiyə mediaları bu iki ölkədə olan məlumatları nəyə görə, üçüncü ölkənin informasiya agentliyi və ya televiziyası vasitəsilə almalıdır? Əlbəttə, bu məqamdan bizim çox ciddi diqqət etməli olduğumuz məsələ budur: üçüncü ölkənin infomasiya vasitəsi həmin məlumatı nə qədər manipulyativ təqdim edəcək? Sual budur”.

Vüsalə Mahirqızı qeyd edib ki, bu cür informssiya manipulyasiyalarının qarşısını almaq üçün Azərbaycan və Türkiyə Prezidentlərinin idarəsi ilə qurulmuş Türkiyə - Azərbaycan Ortaq Media Platformasının fəaliyyəti çox vacibdir:

“Bu platforma iki ölkənin cəmiyyətinin bir-birindən doğru xəbər alması, informsiya manipulyasiyalarına yol verilməməsi  üçün çalışır. Fikrimcə, bu fəaliyyət daha da genişləndirilməlidir, Gələcəkdə iki ölkənin mediasının qarşılıqlı olaraq Türkiyə və Azərbaycan ekspertlərinə yer verməsi, daha əhatəli proqramlar və xəbərlər hazırlamasına, cəmiyyətlərimizin bir-birini daha dərindən tanıması üçün çalışmaları artırmasına ehtiyac var”. 

Vüsalə Mahirqızı deyib ki, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının əhatə dairəsinin genişləndirilməsi, türk dövlətlərinin ortaq media platformasının inkişafı da qarşıda dayanan məsələlərdəndir:

“Biz dünyanın daha çox informasiya ilə idarə edildiyi çağda özümüzü və ulusumuzu informasiya manipulyasiyalarından qorumaq məcburiyyətindəyik. Sosial şəbəkələr, hər gün artan yazılımlar, süni zəkanın inkişafı hər nə qədər bunu çətinləşdirsə də, identifikliyi qorumağın yolu həm də informasiya təhlükəsizliyini təmin etməkdən keçir. Fikrimcə, eynilə içində olduğumuz coğrafiyanı nəzərə alaraq, gələcəkdə İslam ölkələri arasında da ortaq media platformasının inkişafına ehtiyac var. Bu platformalar bizim cəmiyyətlərimizə daha ədalətli, obyektiv və manipulyasiyadan kənar xəbər təqüdim etməyimizə kömək edər”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Mart 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri