Türk və İslam Əsərləri Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
İstanbul, 17 dekabr, Günel Karatepe, AZƏRTAC
İstanbulun Türk və İslam Əsərləri Muzeyində Azərbaycan muzeylərinə məxsus tarixi eksponatlardan ibarət müvəqqəti sərginin təşkili, burada qədim xalçalarımızın nümayişi, muzeyin vitrinində Azərbaycan xalçasının davamlı şəkildə sərgilənməsi məqsədilə birgə işlərin aparılması məsələsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk və İslam Əsərləri Muzeyinin rəhbəri Ekrem Aytar ilə görüş keçirib.
Görüşdə həmçinin Azərbaycan muzeyləri ilə əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə ortaq fəaliyyətlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.
Samir Abbasovun İstanbul proqramı çərçivəsində bu şəhərdə yerləşən Topkapı Mədəniyyət Parkının tərkibindəki Türk xalqının tarixini və mədəniyyətini tanıtmaq məqsədilə yaradılan Türk Dünyası Mədəniyyət Parkı ilə Azerbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Türk Mədəniyyət Məhəlləsinin sədri Abdülmetin Keskin arasında keçirilən görüşdə məhəllədə yerləşən Azərbaycan Evinin mövcud vəziyyətinin yaxşılaşdırılması, evin Azərbaycan mədəniyyət nümunələri ilə zənginləşdirilməsi, həmçinin birgə tədbir və layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib.
Sonra Türk məhəlləsində digər ölkələrə aid evlər ziyarət olunub.
-1 / 6
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 17 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















