Icma.az
close
up
RU
Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III Yazı

Əslində Türk fəlsəfəsindəki həqiqətçi, tərəqqiçi olmaq məsələsi Tanrıya, Dünyaya və İnsana münasibətdə özünü açıq şəkildə büruzə verməkdədir. Türk təlimlərinin ümumi mahiyyətində Tanrı, Dünya və İnsan bir bütün kimi götürüldüyü üçün burada qədərçilik, xəyalçılıq ya yoxdur, ya da çox zəif şəkildədir. Buna səbəb də, Türk fəlsəfəsində İnsana baxışın özünün Tanrı və Dünya gerçəkliyi ilə uzlaşdırılmasıdır.[1]

Böyük Türk filosofu Əli bəy Hüseynzadə məhz bu fəlsəfəyə əsaslanaraq yazır ki, İs­lam coğ­ra­fi­ya­sı­nın ən ağ­rı­lı ye­ri olan “İran”da hind məz­həb­lə­ri bud­dizm­lə brəh­mə­nizm zər­düşt­li­yə, xris­ti­an­lıq ma­ni­li­yə çev­ril­miş, Yu­nan və Ro­ma cüm­hu­riy­yət­çi­li­yi də ic­ma­ya əsas­la­nan İs­lam Xi­la­fət­­çi­li­yi dik­ta­tu­ra­sı­na dö­nüş­müş­dür.[2] Onun fik­rin­cə, bü­tün bun­la­ra əsas sə­bəb Hind məz­həb­lə­rin­dən qay­naq­la­nan zər­düşt­lü­yün, onun “xe­yir və şər” nə­zə­riy­yə­si­nin bu və ya di­gər for­ma­da xris­ti­an­lı­ğı, cüm­hu­riy­yət­­çi­li­yi, xi­la­fət­çi­li­yi-is­lam­çı­lı­ğı ya­vaş-ya­vaş iç­dən öz tə­si­ri al­tı­na sal­­ma­sı­ olmuşdur: “Əsa­sən, İran­dan məz­həb iq­ti­za­sı ola­raq heç bir fər­din Av­ro­pa­da və sa­ir bi­la­di-mü­tə­mə­di­nə­də təh­si­li-el­mə get­mə­yə haq­qı yox­dur. Çün­ki Zərd­­üş­tün “pak və na­pak” nə­zə­riy­yə­si bu gün mü­ba­li­ğə­yə uğ­ra­ya­raq, bu nə­zə­riy­yə­yə gö­rə bir qaç mil­yon mü­səl­man­­dan baş­qa məx­lu­qül­lah olan bir mil­yard ya­rım bə­şə­riy­yə­tin qaf­fə­si əh­li-ki­tab­da da­xil ol­du­ğu hal­da mur­dar­dır. Bak­te­ro­lo­gi­ya el­mi­nin “asep­si və an­ti­sep­si” nə­zə­riy­yə­lə­rin­dən bi­xə­bər olan İra­nın “pak və na­pak” fər­ziy­yə­si şa­ya­ni-hey­rət­dir: Bu fər­ziy­yə­yə gö­rə qırx-əl­li kə­lin, qo­tu­run, ke­çə­lin gi­rib çıx­dı­ğı ho­vu­zun su­yu pak ədd olun­du­ğu hal­da, təq­dir­xa­na­nın o mik­rob­suz, rü­sub­suz bər­raq su­la­rı na­pak və mur­dar he­sab olu­nu­yor”.[3]

Ə.Hü­seyn­za­də­nin bu­ra­da ifa­də et­di­yi əsas mə­sə­lə zər­düşt­lü­yün İs­lam di­ni, xü­su­si­lə də onun şiə məz­həb­çi­li­yi da­xi­lin­­də ye­ni bir for­ma ala­raq ya­şa­ma­ğa da­vam et­mə­si idi. Biz­cə, iran­dil­li xalq­lar zər­düşt­­lü­yün şiə­lik da­xi­lin­də bu for­ma­da “İran”da da­vam et­mə­si­nə əsa­sən qar­şı ol­ma­sa­lar da, an­caq ey­ni söz­lə­ri Türk və Ərəb xalqları i­lə bağ­lı de­mək doğ­ru ol­maz­dı. Çünki zər­düşt­lü­yün şiə­lik da­xi­lin­də bu cür tə­za­hü­rü iran­dil­li xalq­la­rın mil­li adət-ənə­nə­lə­ri­nə uy­ğun­dur, nə­in­ki ərəb­lər və türk­lə­rin dini-fəlsəfi təlim­lə­ri­nə. Bu­nu, o za­man yax­şı dərk edən Ə.Hü­seyn­za­də hər kə­sin an­la­ya­ca­ğı bir şə­kil­də ya­zır­dı: “Biz za­tən şüb­hə et­mi­yor­duq ki, bə­zi ira­ni­lər­də İs­la­ma is­­la­miy­yət nə­zə­ri­lə bax­ma­ğa is­te­dad yox­dur. Çün­ki “Ata­vizm”ə (ir­siy­­yə­ti-bəi­də) ica­ba­tı ilə əf­kar və mə­nə­viy­yat­la­rı ərə­bin, tür­kün zər­be­yi-is­lah­la­rı­na rəğ­mən für­si qə­dim mə­də­niy­yə­tin­dən xi­las ol­ma­­mış­­dır”.[4]

Ə.Hü­seyn­za­də­nin yaz­dı­ğı ki­mi, bu gün türk­lə­rin, o cüm­lə­dən Azər­bay­can türk­lə­ri­nin Yaz bay­ra­mın­da tə­bi­ət ün­sür­lə­ri (od, su, tor­paq və ha­va) ilə bağ­lı ke­çir­di­yi mə­ra­sim­­lə­rin kö­kü, mən­şə­yi də zər­düş­t­lü­yə de­­yil, tanrıçılığa, qam­lı­ğa ge­dib çı­xır.[5] Ə.Hüseynzadə Türk fəlsəfəsinin özünəməxsusluğunu İs­lam di­ni­nə ta­pın­mış Türk­ xalqlarının həm mü­səl­man alə­mi­nin mü­hüm bir is­ti­nad­ga­hı­na çev­ril­məsini, həm də öz tay­fa və mil­­liy­yət­lə­ri­ni, adət-ənənələrini qo­ru­yub-sax­­la­masını, bu zaman ərəblərdən (samilərdən) və iranlılardan (ariyanlardan) fərqliliklərində görməkdədir. Ona görə bu­na bi­rin­ci sə­bəb ərəb­lər ki­mi türk­­lə­rin də bö­yük bir mil­lət olub, ey­ni za­man­da Ərə­bis­tan­dan uzaq ya­­şa­­­ma­­la­­rı gös­tə­ril­sə də, əsas ikin­­ci sə­bəb­dir ki, türk­lə­rin di­li­nin əsa­sı­­nı Tu­ran dil ailə­si, ərəb­lə­rin di­li­ni isə Sa­mi dil ailə­si təş­kil edir.[6] Bu məsələ ilə bağlı Azər Turan yazır: “Tarixən bir dində qərar tuta bilməyən türklərin etiqad dünyasında davamlı sabitlik islamiyyətin zühurun­dan sonra baş verdi. Başqa dinlərə meyil etməyən türklər milli kimliklərini, etnik yapılarını yalnız İslam dininin vasitəsilə qoruya bildilər, digər tərəfdən də islamlaşsalar da ərəbləşmədilər. İslamı qəbul edəndən sonra milliy­yətlərini qoruya bilməyib ərəbləşən Şimali Afrika, Suriya və Mesopotomiya (Əlcəzirə) xalqlarından fərqli olaraq, türklərin öz milli varlığını qoruyub saxlaya bilməsinin tək səbəbini Ə.Hüseynzadə hər şeydən əvvəl, Türk dilinin qüdrətində görürdü. Əli bəyin qənaətinə görə, Turan və Saminin siyasi və məfkurəvi çarpışması öncə dil meydanında baş verib. Türk dilinin qaydası Sami dillərinin qaydasına o qədər zidd olub ki, Saminin qamusundan, lüğətindən götürdüyü gen-bol sözlərə rəğmən, Turanın ahəngi Saminin ahəngini həzm edə bilməyib”.[7] De­mə­li, Hü­seyn­za­də bir­mə­na­lı şə­kil­də Tu­ra­nın Ar­iyan­lar və Sa­mi­lər­lə ya­na­şı, bö­yük bir əzə­mə­tə ma­lik ol­ma­sı­nı ifa­də et­miş­dir.

Ümumiyyətlə, böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində “Turan xalqları”, “Turan dilləri”, “Turan irqi” nəzəriyyəsini müdafiə etmiş, [8] Türk xalqlarının Arilərdən öncə Sami xalqlarıyla münasibətlərinə diqqəti çəkmişdir.[9] Samilərdən sonra türklərin daha çox münasi­bətdə olduğu isə iranlılar olmuşdur. O, “Siyasəti-Fürusət” əsərində də yazırdı ki, Mənuçöhr, Nuzər və Əfrasiyab (Astiyaq) Turan ya da Midiya padşahları olduqları halda, Kirlər, Daralar, Kambizlər isə İran hökmdarları olublar.[10]

Azərbaycan Türk mütəfəkkiri Əhməd bəy Ağa­oğ­lu “İran və in­qi­la­bı” əsə­rin­də ya­zır­dı ki, Zər­düş­tün “Zənd Aves­ta”sı is­tis­na ol­maq­la İran mə­də­niy­yə­ti əsa­sən, Türk ha­ki­miy­yət­lə­ri döv­rün­də in­ki­şaf et­miş­dir: “On­dan əv­vəl­ki dövr­lər­də İra­nın ver­miş ol­du­ğu ye­ga­nə əsər Zər­düş­tün “Zənd Aves­ta”sı ilə pəh­lə­vi li­sa­nın­da­kı, ikin­ci də­rə­cə­li di­ni ma­hiy­yət­li ya­zı­lar­dır”.[11] O, çox doğ­ru ya­zır­dı ki, biz əx­la­qi ör­nək­lə­ri­mi­zi Şi­raz­­dan, İs­fa­han­dan al­maq­dan, zər­düş­ti ənə­nə­lər­lə tər­bi­yə edil­mək­dən, ar­yan­çı­lıq­dan im­ti­na et­mə­dik­cə İs­lam Şər­qin­dən, o cüm­lə­dən Türk dün­ya­sın­dan in­ki­şaf göz­lə­mək çə­tin­dir. De­mə­li, Ə.Ağa­oğ­lu da Ə.Hü­seyn­­za­də ki­mi İs­lam Şər­qi­nin, xü­su­si­lə də onun apa­rı­cı nü­və­si olan Tür­kün ru­hu­na cid­di si­ra­yət et­miş zər­düşt­li­yi, ira­niz­mi gö­rür və on­la­rın ara­dan qal­dırl­ma­sı­nı va­cib sa­yır­dı: “Biz ör­nək­lə­ri­mi­zi Şi­raz­dan və İs­fa­han­dan alı­rız. Av­ro­pa isə əs­ki Yu­na­nıs­tan­la əs­ki Ro­ma­dan alır. Biz zər­düş­ti­­lə­rin ənə­nə­lə­riy­lə tər­bi­yə edi­li­rik. On­lar­sa əf­la­tun­la­rın, aris­to­tel­lə­rin, so­lon­la­rın ənə­nə­lə­riy­lə. Biz Fər­ri-Yəz­dan (Al­la­hın hə­şə­mə­ti­nin tim­sa­lı) və ya­rı al­lah­lar önün­də qə­na­ət, təs­lim və ri­za­ya tə­həm­mül və sus­ma­ya qəl­bi­mi­zi bağ­lar­kən, on­lar ön­lə­rin­də bö­yük bir hür­riy­yət das­ta­nı­nın haqq və əda­lət ta­ri­xi­nin, al­tın sə­hi­fə­lə­ri­ni qeyd edir­lər. Biz, Da­ra­lar ilə dü­şüb qal­xar­kən, on­lar Sok­rat­lar­dan il­ham alır­lar”.[12]

Gördüyümüz kimi, bu coğ­ra­fi­ya­da­kı Türk­ xalqları üçün üç mi­nil­lik “Ar­iyan” və zər­düş­ti­lik bə­la­sı möv­cud­dur ki, bun­dan qur­tul­maq heç də asan de­yil­dir. Türk xalqlarının xeyli bir qismi, üç mi­nil­lik ər­zin­də Ar­iyan­çı­lıq və zər­düşt­lük­dən qur­tul­maq üçün müx­tə­lif üsul­la­ra əl at­mış, yə­ni hər­bi sa­vaş­lar­dan tut­muş müx­tə­lif di­ni-fəl­sə­fi ide­ya­la­ra da mü­ra­ci­ət et­miş­dir. Biz­cə, hazırda “İran” adlanan böl­­gə­də ya­şa­yan türk­lə­rin za­man za­man mil­li di­ni-fəl­sə­fi tə­lim­lər­­i­ni (tan­rı­çı­lı­ğı, qamlığı, qorqudçuluğu və b.) sax­la­maq­la ya­na­şı İuda­iz­mə, Xris­ti­an­­lı­ğa, İs­la­ma üz tut­ma­la­rın­da zər­düşt­lik­dən uzaq dur­maq mə­sə­lə­si heç də az rol oy­na­ma­mış­dır. Ağa­oğ­lu ya­zır­dı: “Nə qə­ri­bə­dir ki, İs­lam mə­də­niy­yə­ti Ro­ma və Yu­nan­la tə­mas edər­kən və on­dan fəl­sə­fə­ni və müs­bət bi­lim­lə­rə aid bil­­gi­lə­ri alar­kən Yu­nan ədə­biy­ya­tı ilə Ro­ma hü­qu­qu­na ta­ma­mi­lə ya­ban­­çı qal­mış­dır. Yu­nan fəl­sə­fə­sin­dən və elm­lə­rin­dən il­ham ala­raq bun­ca in­cə, də­rin, əsər­lər vü­cu­da gə­ti­rən İs­lam fi­kir adam­la­rı, yu­nan əs­ki ədə­biy­ya­tı ilə Ro­ma­nın hü­quq xə­zi­nə­si­ni gör­mə­miş­lər. Hal­bu­ki haqq­­dan və hür­riy­yət­dən il­ham alan bu ədə­biy­yat­la bu hü­quq, İs­lam əsas­­la­rı­na İran ənə­nə­lə­rin­dən da­ha zi­ya­də uyar­dı və da­ha ahəng­li olar­dı. İc­mai-üm­mə­ti əsas tu­ta­raq hö­ku­mə­tin bi­na­sı­nı ləl­dən zi­ya­də is­tə­miş və hö­ku­mət yet­ki­si­ni ta­ma­mi­lə cə­miy­yə­tə əma­nət edə­rək nə­za­rə­ti də ona təs­lim et­miş olan İs­la­miy­yət Fər­ri-Yəz­dan, Al­la­hın köl­gə­si­nə bən­zər­lə­ri ki­mi Zər­düşt nə­zə­riy­yə­lə­ri­nə ta­ma­mi­lə ya­ban­çı və qar­şıy­dı. Əf­la­tun­la da­ha uy­ğun və ahəng­liy­di. Fə­qət ya­zıq ki, iş ək­si­nə ol­muş­dur. Fər­ri-Yəz­dan nə­zə­riy­yə­lə­ri is­la­miy­yə­tə qa­lib gəl­di­yi ki­mi yu­nan və Ro­ma xə­zi­nə­lə­ri­ni də İs­la­mın gö­zün­dən sax­la­mış­dır”.[13]

[1] Mallayev N. O’zbek adabiyoti tarixi. Toshkent: O’qituvchi, 1976, s.13; Kasabek A.K., Altaev J.A. Filosofiya tarixı. Almatı, 2017, s.264-265

[2] Hüseynzadə Əli bəy. Qırımızı qaranlıqlar içində yaşıl işıqlar. Bakı: Azərnəşr, 1996, s.160

[3] Yenə orada, s.161

[4] Yenə orada, s.181

[5] Hüseynzadə Əli bəy. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, s. 55

[6] Yenə orada, s.57

[7]Turan Azər. Əli bəy Hüseynzadə (həyatı, mübarizəsi, yaradıcılığı və şəcərəsi). Bakı, “Letterpress”, 2014, s.96-97

[8] Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı, Mütərcim, 1997, s. 210-238

[9] Yenə orada, s. 225

[10] Hüseynzadə Əli bəy. Siyasəti-Fürusət. Bakı, Elm, 1994, s. 66

[11] Ağaoğlu Əhməd bəy. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2007, s.125

[12] Ağaoğlu Əhməd bəy. Üç mədəniyyət. Bakı: Mütərcim, 2006, s.81

[13] Yenə orada.


OXŞAR XƏBƏRLƏR

Ermənilər öz qürurları olan bu qadını görün necə öldürüblər – Qəribə FAKTLAR

17 Avqust 12:51

Sözləri yox, söz yaratmaq cəsarətini geri çağıraq

13 Avqust 22:26

Naxçıvanın yeni zamanı

13 Avqust 13:54

Şairlər ölmür, Allahın yanına qalxırlar...

12 Avqust 14:42

Avropada məşhurlaşan Türk xanımı - Aru Sultan

11 Avqust 10:00

Unutduğumuz nəsnələr

11 Avqust 09:47

Jujan (cucan) ordası və jujanlar

11 Avqust 09:36

Bir daha Himnimiz haqqında

11 Avqust 09:28

Kino sənətinin ulusalliq borcu həmişəlikdir

11 Avqust 09:16

Səlcuqlarda dövlət təşkilatı və mədəniyyət

11 Avqust 08:29

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

11 Avqust 08:14

Azərbaycan dili: milli dəyərdən beynəlxalq mədəniyyət məkanına

11 Avqust 08:00

Qardaşlığın əskik qalan körpüsü: Dil

10 Avqust 14:20

Azərbaycanda ixracatçılara yeni dəstək: daşıma xərclərinin 70 %-ə qədər hissəsi kompensasiya olunacaq

4 Avqust 15:35

Bir daha Himnimiz haqqında

4 Avqust 10:23

Vətənin kutsallığı yetkin fərdlərdən başlayır

4 Avqust 10:03

Türk dünyasının coğrafiyası

4 Avqust 09:48

İran İslam inqilabının lideri Şəriətmədari

4 Avqust 09:31

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 21:29

SON XƏBƏR: Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi - VİDEO

17 Avqust 13:40

Ərdoğan: Bu iki ölkəyə hücum olsa, Türkiyə müdaxilə edəcək

17 Avqust 12:45

Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi

17 Avqust 12:43

Prezidentin yüksək rütbə verdiyi generallar - DOSYE

17 Avqust 12:33

DSX-nin hərbi qulluqçuları təltif edildi - ADLAR

17 Avqust 12:31

SON XƏBƏRLƏR

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

08:00

Ukrayna ordusunun kəşfiyyatında inqilab: 15 dəqiqəyə...

17 Avqust 23:30

Ermənistan ordusunda nə baş verir? – Ard-arda yüksək vəzifəli şəxslər postlarını itirir

17 Avqust 23:24

Yunanıstanda dəhşətli helikopter qəzası: Ölənlər var

17 Avqust 22:48

Fidan və Əraqçi Hörmüz və atəşkəsi müzakirə etdi

17 Avqust 22:41

Donald Tramp: İran lazımi razılaşmanı imzalamayacaq

17 Avqust 22:34

Bu dəfə dünyanı narahat edən təhlükə İrandan gəlir! Onlar ABŞ-a vaxt verdi

17 Avqust 22:30

Nəhəng asteroid Yerə doğru gəlir? – Kritik açıqlama

17 Avqust 21:47

Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış

17 Avqust 21:41

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 21:29

Ukrayna ilk dəfə idarə olunan aviabombasını yaratdı - VİDEO

17 Avqust 18:14

Azərbaycanın ən gənc “general-leytenant”ı oldu

17 Avqust 18:03

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

17 Avqust 17:39

Qarabağa qayıdan məcburi köçkünlərin SAYI

17 Avqust 17:27

Hindistanda məbəddə izdiham: 7 ölü, çoxlu yaralı

17 Avqust 17:12

HƏMAS-dan ABŞ-a mesaj: Tərksilahın şərtini açıqladı

17 Avqust 17:07

Pakistanın Baş naziri Şərif Trampa təşəkkür etdi

17 Avqust 17:04

Yarpaqlardan taleyə uzanan sual

17 Avqust 17:01

YPG ləğv edilir? Suriyadan kritik açıqlama

17 Avqust 17:00

Gənə dişləmələrində böyük təhlükə: Mütəxəssisdən vacib xəbərdarlıq

17 Avqust 16:56

Polşa Rusiya ilə müharibəyə hazırlaşır – “Yaxın aylarda hücum başlayacaq”

17 Avqust 16:51

İkinci əl avtomobil alarkən aldanmayın: Vacib xəbərdarlıq

17 Avqust 16:41

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

17 Avqust 16:35

Buğda bahalaşdı: Bəs çörək?

17 Avqust 16:30

Tramp İranı ağ bayraq qaldırmağa çağırdı

17 Avqust 16:23

Aİ Rusiyaya qarşı ən genişmiqyaslı sanksiyalar paketini hazırlayır - Kallas

17 Avqust 16:01

"Uşaqların zərərli vərdişlərdən qorunması" layihəsinə start verilir

17 Avqust 16:00

Omanı da bombalaya bilərik – Tramp

17 Avqust 15:57

Bu il Azərbaycanda 10 minə yaxın ailə dağılıb

17 Avqust 15:49

Tramp SEPAH-la bağlı xəbəri təsdiqlədi

17 Avqust 15:47

İki kəhanəti gerçəkləşdi, aləm qarışdı - Vanqanın ŞOK proqnozu

17 Avqust 15:46

Sayımız açıqlandı

17 Avqust 15:36

Növbəti iki günün hava PROQNOZU

17 Avqust 15:32

Ən ölümcül xərçəngin üstünə “qılınc”la gedəcəklər

17 Avqust 15:28

Bakıda vəzifəli şəxs həbs edildi

17 Avqust 15:25

Ceki Çanı Bakıdan belə yola saldıdılar - FOTOLENT

17 Avqust 15:21

Baxçalıdan Öcalanla bağlı ÇAĞIRIŞ

17 Avqust 15:18

Tramp ABŞ-nin İranla bağlı bir nömrəli hədəfini açıqladı

17 Avqust 15:01

Sabiq İran səfiri: AzTV-yə dair rəy səhvdir - VİDEO

17 Avqust 14:49

Çin avtomobilləri BAHALAŞACAQ

17 Avqust 14:46

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Tramp: Hörmüz açılmasa, İrana çox sərt zərbələr endirəcəyik

5 Avqust 10:27

Tehran iddiaları təkzib etdi: Gəmilər yalnız icazə ilə keçəcək

3 Avqust 10:42

Donald Tramp: İran razılaşma əldə etmək istəyir

7 Avqust 22:51

SON DƏQİQƏ! İrana ŞOK xəbərdarlıq: “Bu, son şansınızdır”

4 Avqust 11:11

Netanyahu: İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyam

5 Avqust 22:58

Tramp: İranla razılığa üstünlük verirəm

6 Avqust 10:20

Rusiya Ukraynanın ən böyük onlayn satış şirkətinin anbarını VURDU

1 Avqust 18:26

İranda hakimiyyət kimdədir? - Pezeşkianın səlahiyyət problemi

6 Avqust 12:29

Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar

25 İyul 17:41

Kürdlər İranı qarışdırır: Tehrandan qisas alacaqlarını deyirlər

4 Avqust 18:11

Pezeşkian: İran inqilabdan bəri ən çətin dövrünü yaşayır

6 Avqust 10:37

CNN: ABŞ-ın sursat ehtiyatlarının azalması İranı cəsarətləndirə bilər

7 Avqust 16:24

Ukraynanın ən böyük hücumlarından biri... – Rusiya açıqladı

2 Avqust 13:37

Ceyhun Bayramov Ukraynaya getdi

6 Avqust 09:20



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Avqust 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri