Icma.az
close
up
RU
Türkçülüyün “dil fikir iş birliyi” tərcümanı

Türkçülüyün “dil fikir iş birliyi” tərcümanı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsmayıl bəy Qaspıralı türkçülük ideyalarının pərvəriş taparaq tərəqqi etməsində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərdəndir. Bu böyük ziyalı tarixən geniş bir coğrafi məkanda yaşayan türk xalqları arasında milli birlik, həmrəylik, dostluq və qardaşlıq ənənələrinin gücləndirilməsi naminə heyrətamiz fədakarlıqlar göstərmişdir.

İsmayıl bəy bütün şüurlu həyatı boyu türk millətinin parlaq gələcəyi naminə sonsuz bir sevgi və sədaqətlə çalışmışdır. O, 1851-ci il martın 21-də Krımın Bağçasaray şəhəri yaxınlığındakı Avcıköy kəndində dünyaya göz açıb. Atası Mustafa Əlioğlu Qasprinski çar ordusunun zabiti olub, anası Fatma Mirzə qızı Sultan isə bir kübar ailənin qızı olub. Valideynləri milli ruhlu, mütərrəqqi fikirli insanlar olublar və təbii ki, bu amil gənc İsmayılın dünyagörüşünə böyük təsir göstərib.

İsmayıl bəy Baxçasarayda yerli müsəlman məktəbində başladığı ibtidai təhsilini oradakı Ağ Məscid Gimnaziyasında davam etdirib. Gimnaziyanı bitirdikdən sonra əvvəlcə Voronej Hərbi Məktəbinə, sonra isə Moskvadakı Hərbi Akademiyaya daxil olub. Moskvada oxuduğu illərdə İsmayıl bəyin bir çox gənc rus zabitləri ilə yaxın dostluq əlaqələri yaranıb, lakin onların “Velikorus” qatı millətçiliyinə meyilli olmaları “tatar balası”na ağır təsir edib və onun qəlbində Rusiya imperiyasında yaşayan bütün türkləri “oyatmaq” arzusu baş qaldırıb. O, bu missiyasını son nəfəsinə qədər şərəflə daşıyıb.

Əlamətdar haldır ki, İsmayıl bəy gələcəkdə onu gözləyən hərbi karyeradan vaz keçərək, 1868-ci ildə doğma Bağçasaraya qayıdıb. Buradakı Zincirli mədrəsəsində rus dilini tədris etməyə başlayıb. İsmayıl bəy o dövrün qabaqcıl Avropa maarifçilərinin əsərlərindən təsirlənərək türk xalqlarının da inkişaf və tərəqqisinin yalnız elm və təhsilin sayəsində mümkün olacağını düşünürdü. Buna görə də uşaq, yeniyetmə və gəncləri sonsuz bir həvəslə elmləri əxz etməyə səsləyirdi.

İsmayıl bəy 1872-ci ildə Krımı tərk edərək İstanbul, Vyana, Münxen, Ştutqart, Paris şəhərlərini ziyarət edib və 2 il ərzində müxtəlif işlərdə çalışıb. Bir müddət məşhur rus yazıçısı İvan Turgenevin köməkçisi də olub. 1874-cü ildə Osmanlı Ordusunun zabiti olmaq arzusu ilə İstanbula gedib, lakin burada qaldığı 1 ilə yaxın müddətdə ərizəsinə müsbət cavab verilmədiyindən Kırıma qayıtmalı olub. 1878-ci ildə Bağçasaray bələdiyyə sədrinin müavini seçilən İsmayıl bəy növbəti il sədr təyin edilib. 1884-cü ilə qədər bu vəzifədə çalışıb.

Qeyd etmək lazımdır ki, Rusiya müsəlmanlarının ölkənin ictimai-siyasi həyatında zəif təmsil olunmaları İsmayıl bəyin qəlbinin ağrıdıb. Bu mövzuda 1881-ci ildə Rusiyada çıxan “Tavrida” vilayət qəzetində “Russkoe Musulmanstvo” (Rus İslamı) başlığı ilə silsilə məqalələr yazıb. O, yaxşı başa düşürdü ki, türkçülüklə bağlı ideyalarını kütlələrə çatdırmaq üçün ona türk dilində nəşr olunan qəzet lazımdır. Bununla bağlı rəsmi müraciətlər etsə də, bu cəhdlər ilk illər nəticəsiz qalıb. Lakin həvəsdən düşmür, inadla gələcək qəzetə nəşr icazəsini almağa çalışıb. Eyni zamanda, Volqaboyu müsəlmanları arasında şəhərbəşəhər dolaşaraq yerli ziyalılalar arasından yeni qəzetə abunəçilər cəlb etməyə çalışıb. Nəhayət, 1883-cü ildə qəzetin nəşrinə icazə alıb. Bununla bərabər, imperiya məmurları onun qarşısında bir neçə şərt qoymuşdular. Əsas şərt isə bu idi ki, məqalələr mütləq eyni vaxtda rus və tatar dillərində dərc olunmalıdır.

Bu, tatar xalqının, eləcə də bütün türk dünyasının ictimai-siyasi, mədəni həyatında dərin iz qoyacaq mübarək “Tərcüman” qəzeti idi! Bu mətbu nəşr türk müsəlman aləminin arzu və ideallarının tərcümanına çevrilməli idi. Çevrildi də! İlk nömrəsi 22 aprel 1883-cü ildə Bağçasarayda işıq üzü gördü. Yeri gəlmişkən, qəzetdə əsas dil olaraq Osmanlı türkcəsindən, eyni zamanda Krım tatarlarının ədəbi leksikonundan, eləcə də digər türk dillərindəki işlək sözlərdən istifadə olunurdu.

“Tərcüman” Krım tatarlarının ilk qəzeti, necə deyərlər, ilk qaranquşu idi. Qəzet ziyalı kütləsi tərəfindən türk xalqlarının birliyinə aparan yolda böyük bir müjdə kimi qəbul edilərək sevildi. Onu gözləyirdilər, oxuyurdular, nüsxələri əl-əl, ev-ev gəzirdi. Qəzet əvvəlcə həftədə 1 dəfə çıxırdı. 1903-cü ilin oktyabrından başlayaraq həftədə 2 dəfə, 1912-ci ildən sonra isə gündəlik nəşr olunmağa başladı.

“Tərcümanı”ın şöhrəti, hörmət və izzəti artdıqca, İsmayıl bəyin həyat eşqi, yazıb-yaratmaq həvəsi və əzmi daha da güclənirdi. O, Bağçasarayda ərəb hərfləri ilə çap edən mətbəə qurmuşdu. Eyni zamanda “sevgili millət” üçün məktəblərin açılmasına böyük önəm verirdi. Onun təşəbbüsü ilə 1884-cü ildə Bağçasarayın Kaytaz Ağa məhəlləsində ibtidai məktəb açıldı. Burada savadsız ailələrə 40 gün ərzində türkcə oxumaq-yazmaq öyrədilirdi. Müasirləri yazırdılar ki, “usul-i səvtiyyə” adlandırılan yeni tədris üsulu, çox mütərəqqi layihə idi.

İsmayıl bəyin bacısı Pəmbə xanım da 1893-cü ildə Bağçasarayda “Üsul-i cədid” adlanan ilk türk qız məktəbini açmışdı. Qısa müddət ərzində digər bölgələrdə də “cədidçi” qız məktəbləri açıldı. 1895-ci ildə belə tədris ocaqlarının sayı 100-ə yaxın idisə, 1914-cü ildə artıq 5 minə çatırdı. Bu, müqayisəolunmaz dərəcədə böyük uğur idi. Öz millətinin maariflənməsi yolunda çox az ziyalıya İsmayıl bəyə müyəssər olan qədər parlaq uğurlar nəsib olub.

İsmayıl bəy Qaspıralı isə bütün bu titanik fəaliyyətlə kifayətlənmirdi. O, türk millətin təşkilatlanmasının nə qədər vacib olduğunu da gözəl dərk edirdi və bu yolda usanmadan səylər göstərirdi. Məhz İsmayıl bəyin təşəbbüsü və gərgin əməyi sayəsində 28 avqust 1905-ci ildə Rusiyada yaşayan türklərin “I Rusiya Müsəlmanları Qurultayı”ı keçirildi. İsmayıl bəy yekdilliklə qurultaya sədr seçildi. II qurultay 1906-cı ilin yanvarında Peterburqda çağırıldı. Həmin ilin sentyabrında Rusiya müsəlmanlarının III qurultayı oldu. 800-ə yaxın nümayəndənin qatıldığı toplantıda “Usul-i cədid” Rusiyadakı tatar (türk) övladları üçün vahid təhsil sistemi olaraq qəbul edildi.

İsmayıl bəy Qaspıralı türk xalqlarının birliyi və həmrəyliyi naminə ömrünü şam kimi əridirdi. Bu böyük insanın 1911-ci ildə irəli sürdüyü “Dildə, düşüncədə, işdə birlik” devizi bu görkəmli millət fədaisinin böyük amalını parlaq şəkildə əks etdirir. Bu deviz tezliklə bütün türk dünyasının ən ümumi şüarına çevrildi və artıq 114 ildir ki, türklərin böyük hədəflərindən biri kimi qəlbləri və ağılları riqqətə gətirir!

Bu böyük ziyalının səmərəli fəaliyyətinə qarşı çıxanlar da vardı. Onlar həm də az deyildilər. İsmayıl bəyə qarşı hətta hər cür şərə, böhtana, məkrə əl atırdılar. Məsələn, müsəlman icması daxilindəki dini təəssübkeş qruplar Qaspıralını “xalqı dindən uzaqlaşdırmağa çalışmaqda” ittiham edirdilər. Hökumət dairələrindəki millətçi dairələr isə onu “panislamizm və pantürkizmi yaymaqda, Rusiya imperiyasını parçalamaq cəhdi”ndə günahlandırırdılar.

İsmayıl bəy millətin xöşbəxtliyi naminə təkcə var-dövlətindən deyil, sağlamlığından da keçmişdi. Bütün bunlar onun səhhətinə təsirsiz ötüşmədi. İsmayıl bəy 1914-cü il sentyabrın 24-də 63 yaşında dogma Baxçasarayda dünyasını dəyişdi. Bu acı xəbər ildırım sürətilə bütün türk ellərinə yayıldı, hər yerdə sadə, vətənpərvər insanları sonsuz bir kədərə qərq etdi. Yeri gəlmişkən, böyük türk dünyasının mətbuat orqanları aylarla onun xidmətlərindən yazdılar. Bakıda o dövrdə nəşr olunan bütün qəzet və jurnallarda İsmayıl bəy Qaspıralının danılmaz xidmətləri böyük qədirbilənliklə qeyd olunmuşdur.

İsmayıl bəy Qaspıralı kimi böyük millət fədailəri heç vaxt unudulmurlar. Bu fədakar ziyalının adı və əməlləri türk millətinə böyük xidmət və sonsuz sədaqətin gözəl bir nümunəsinə çevrilərək bu gün də dərin hörmət və ehtiramla anılır.

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:384
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri