Icma.az
close
up
RU
Türkiyə ABŞ Rusiya tandemində öz gücünü GÖSTƏRİR MÜSAHİBƏ

Türkiyə ABŞ Rusiya tandemində öz gücünü GÖSTƏRİR MÜSAHİBƏ

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar platformasına çevrilməyə hazır olduğunu ən yüksək səviyyədə bəyan etmişdi.

“Bütün tərəflərin iştirak edəcəyi danışıqları qəbul etməyə ən yüksək səviyyədə hazırlıq bildirilib”, – diplomatik mənbə RİA Novosti-yə açıqlamasında deyib.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ukraynada davam edən “xüsusi hərbi əməliyyat”ın dərhal başa çatmalı olduğunu bildirərək, Ukrayna ilə bağlı sülh danışıqlarına dəstək verməyə hazır olduğunu açıqlamışdı. Daha sonra Türkiyə hakimiyyəti Ukraynaya sülhməramlı qoşunlarını göndərməyə hazır olduğunu bəyan edib, lakin şərt olaraq Ukraynada sülhməramlı missiyanın yaradılması ilə bağlı bütün danışıqlara cəlb olunmasını tələb edib ki, bu da, əslində, ABŞ-Rusiya razılaşmalarına ziddir.

Yenicag.az bununla bağlı erməni politoloq Yervand Bozoyanın “Hraparak”a müsahibəsini təqdim edir:

– Türkiyənin faktiki olaraq ABŞ və Rusiya kimi iki supergücə meydan oxuduğunu qeyd edə bilərikmi? Halbuki Türkiyənin bu iki ölkə ilə bir sıra ortaq maraqları var, lakin indi faktiki olaraq onlara qarşı çıxmağa çalışır…

– Düşünmürəm ki, Türkiyə ABŞ və Rusiyaya meydan oxumaq istəsin, çünki burada daha çox Avropa meydan oxuyan tərəfdir. Avropa ABŞ-yə alternativ axtarmağa çalışır. Zelenski artıq bəyan edib ki, Türkiyə və Ukrayna orduları Avropanın ən güclü ordularıdır və əgər Türkiyə razılaşsa, məsələlər həll olunacaq. Lakin mən Türkiyənin bu addımı atacağına inanmıram, çünki indiyədək Türkiyə neytral mövqe tutub. Ankara daha çox ABŞ və Rusiya arasında vasitəçi rolunu oynamağa çalışır və bu rolda həm də uğur qazanmaq üçün Ukraynanın rəğbətini qazanmağa çalışır ki, ukraynalılar ona güvənsin. Türkiyənin bu məsələdə ABŞ-yə qarşı çıxacağına inanmıram. Hər halda, Türkiyə öz gücünü göstərməyə çalışır, çünki Ankara Rusiya-Amerika danışıqlarının Səudiyyə Ərəbistanında baş tutmasından narazıdır. İndi onlar bu rolu Qətərdən almağa çalışırlar, buna görə də Ukraynanın xeyrinə addımlar atırlar.

– Bəs Türkiyə üçün vasitəçi rolunun bu qədər vacib olmasının səbəbi nədir?

– Çox sadə səbəbə görə: Türkiyə böyük bir ölkədir və burada iştirak etməyə çalışır ki, bu da məntiqlidir.

– Ağ Evdə baş verən Tramp-Zelenski diplomatik qalmaqalından sonra beynəlxalq media Zelenskinin Trampdan ya üzr istəməli, ya da istefa verməli olduğunu yazır. Sizin fikrinizcə, həmin gün nə baş verdi?

– Tramp amerikalıları Zelenskinin ümumi razılığa gələ bilməyən bir şəxs olduğuna inandırmağa çalışır. Çünki Tramp əvvəllər də eyni şeyi etməyə çalışıb, lakin alınmayıb. Bu dəfə müzakirələri açıq şəkildə ictimailəşdirməyi qərara aldı ki, amerikalılar görsünlər, əgər nə isə alınmırsa, bunun günahı Zelenskinin üzərindədir. Tramp amerikalılara göstərmək istəyir ki, o, Zelenskini maliyyələşdirmək istəmir, lakin, eyni zamanda, anlayır ki, bu, Qərb dünyasında böyük səs-küyə səbəb ola bilər. Ona görə də seçicilərinə göstərmək üçün bu addımı atdı ki, bu vəziyyətin günahkarı kimdir.

– Bu proseslərin ardınca hansı addımlar atılacaq?

– Zelenski obyektiv olaraq sülh əldə edə bilməz. 2022-ci ildən əvvəl Rusiya torpaq işğal etməmişdi, Donbasın Rusiya Federasiyasına birləşdirilməli olduğunu bəyan etməmişdi, Rusiya o zaman yalnız Krımı tələb edirdi. İndi isə bu illər ərzində müharibədə yüz minlərlə insan həlak olub. Təsəvvür edin, sabah Zelenski xalqına Rusiyanın şərtləri ilə sülhə hazır olduğunu desə, Ukrayna xalqı nə edəcək? Burada məntiqli bir sual yaranacaq: əgər Rusiya Federasiyasının tələbləri ilə razılaşmağa hazır idinsə, niyə bunu 2022-ci ildə etmədin? Nəticədə, Zelenski öz xalqı tərəfindən məhkum ediləcək və tarixdə böyük bir cəllad kimi qalacaq. Zelenski üçün müharibənin Rusiya şərtləri ilə başa çatması sərfəli deyil, eyni zamanda, Rusiya da geri çəkilməyəcək. Faktiki olaraq müharibə davam edəcək və əgər daha da dərinləşərsə, Üçüncü Dünya müharibəsinin qoxusu gələ bilər. Müharibələr yalnız planlara və istəklərə görə baş vermir, həm də qarşısının alınmaması və dərinləşməsi nəticəsində yaranır. Əgər nüvə silahı tətbiq olunarsa, hər şey fərqli istiqamətə yönələcək. Xatırlayırsınızmı, bir müddət əvvəl Ukraynaya tankların verilməyəcəyini deyirdilər, sonra raketlərin də verilməyəcəyini bildirdilər, amma faktiki olaraq hər şey verildi.

– Yəni Trampın müharibəni dayandıracağı iddiası bir mif idi və vəziyyət daha da gərginləşə bilər?

– Bunun mif olduğunu deməzdim, ancaq Rusiya və ABŞ tərəfindən müharibənin dayandırılması ilə bağlı istək var. Onlar hər halda Ukraynada hakimiyyət dəyişikliyi baş verməsi üçün hər şeyi etməyə çalışacaqlar. Əgər Zelenskinin yerinə başqa biri gəlsə, sülh əldə edilə bilər. Yeni gələn şəxsə “sən günahkarsan” deməyəcəklər, onu qurbanların məsuliyyətində ittiham etməyəcəklər və s. Zelenski bu müharibəni dayandıra bilməz, onun yerinə kim olursa-olsun, bacarmazdı.

Rafi Müslümov

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Mart 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri