Icma.az
close
up
RU
Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini: Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır

Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini: Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 oktyabr, AZƏRTAC

Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır. İman gətirən insanlar dialoq aparmalı, eyni masa ətrafında, eyni məkanda əyləşərək bir-biri ilə söhbət edə bilməlidirlər. Bunun yaşadığımız cəmiyyətlərə və icmalara çox böyük təsiri ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu İslam Ölkələri Ravvinlər Alyansının sədri, Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini Mendel Çitrik oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyanın interaktiv müzakirəsində çıxış edərkən deyib.

Mendel Çitrik qeyd edib ki, konfranslar və görüşlər dialoqun başlanğıcıdır. Əsas məsələ bundan sonra dindar insanların öz həyatlarını və ətraflarındakı insanların həyatını yaxşılaşdırmaq üçün birlikdə necə fəaliyyət göstərə biləcəkləridir.

"Dinlərarası dialoq aparmaq üçün mütləq konfransda iştirak etmək lazım deyil. Biz bir ölkənin bərabərhüquqlu vətəndaşları kimi birlikdə yaşamalı, dinimizi tam sərbəst şəkildə icra edə bilməliyik. Bir-birimizlə üz-üzə gəlməli, səhər, günorta və axşam yeməklərində bir araya gəlməli, söhbət etməliyik. Əsl dialoq məhz belə qurulur. Yaşadığımız ölkənin inkişafına töhfə vermək də bunun bir hissəsidir. Çünki biz yaşadığımız ölkələrin vətəndaşlarıyıq", - deyə o bildirib.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy, Lalə Minasazova

Fotoqraf - Azər İbrahimov

Operator - Ceyhun Mustafayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri