Türkiyə Azərbaycan Özbəkistan ittifaqı “Üç ölkə Avrasiyanın yeni iqtisadi mərkəzi olma yolundadır”
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın aparıcı nəşrlərindən olan “bne IntelliNews” Türkiyə, Azərbaycan və Özbəkistan arasında sürətlə inkişaf edən əməkdaşlığı araşdırıb.
“AzPolitika” xəbər verir ki, nəşr bu üç ölkənin Avrasiyanın yeni iqtisadi mərkəzi olmaq yolunda olduğunu yazıb.
Alman mətbuatı Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələri araşdırarkən Türkiyənin liderliyi ilə regional gücə çevrildiyini vurğulayıb.
“Türkiyə, Azərbaycan və Özbəkistan Orta Dəhliz kimi tanınan və Asiya ilə Avropa arasında ticarətin əsas marşrutu olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mühüm rol oynayırlar. Ankara sammitində ticarətin genişləndirilməsi, gömrük prosedurlarının modernləşdirilməsi və logistik şəbəkələrin təkmilləşdirilməsi müzakirə olunub. Ankara Bəyannaməsi ilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq gücləndiriləcək, Türkiyə İnvestisiya Fondu ilə üç ölkə arasında iqtisadi inteqrasiya artırılacaq”,-deyə nəşr bildirib.
Alman mətbuatının yazdığına görə, enerji əməkdaşlığı, bərpa olunan enerji layihələri, təbii qazın paylanması və elektrik enerjisinin ötürülməsi kimi sahələrdə birgə layihələr sürət qazanacaq.
Almaniya mətbuatı Türkiyə, Azərbaycan və Özbəkistanın Avrasiyanın yeni iqtisadi mərkəzinə çevrildiyini bəyan edərək, bu üçlü ittifaqın Türkiyənin regional gücünü gücləndirəcəyini və türk dünyasının iqtisadi yüksəlişini sürətləndirəcəyini vurğulayıb.
Məlumatda o da bildirilib ki, növbəti iclas Bakıda keçiriləcək və yeni ticarət və infrastruktur sazişləri rəsmiləşdiriləcək.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 Fevral 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















