Icma.az
close
up
RU
Türkiyə bahalaşma problemini belə həll etdi Azərbaycanda da ola bilər

Türkiyə bahalaşma problemini belə həll etdi Azərbaycanda da ola bilər

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə müharibə və gübrə qıtlığının yaratdığı təzyiqlər fonunda ərzaq məhsullarında bahalaşmanın qarşısını almaq məqsədilə bir sıra məhsulların vergidən azad edilib. Bu addım daxili bazarda qiymət artımını cilovlamaq və istehlakçıların yükünü azaltmaq baxımından mühüm alət kimi qiymətləndirilir. Qlobal miqyasda davam edən geosiyasi gərginlik, logistika zəncirindəki problemlər və kənd təsərrüfatı xərclərinin artması fonunda Azərbaycanda da oxşar addımların atılıb-atılmaması müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov deyib ki, regionda baş verən geosiyasi gərginliklər, xüsusilə müharibə şəraiti və gübrə bazarında yaranan qıtlıq fonunda bir sıra ölkələrdə kənd təsərrüfatı məhsullarının qiymətində ciddi dalğalanmalar müşahidə olunur:
“Bu kontekstdə Türkiyədə bəzi kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin vergidən azad edilməsi qərarı diqqət çəkir. Məqsəd daxili bazarda qiymət artımının qarşısını almaq və fermerlərin istehsal xərclərini azaltmaqdır. Azərbaycanda da oxşar mexanizmlərin tətbiqi mümkündür və müəyyən mənada artıq tətbiq olunur. Belə ki, kənd təsərrüfatı istehsalçıları bir sıra vergilərdən azaddır, eyni zamanda gübrə və digər istehsal vasitələrinə dövlət tərəfindən subsidiyalar verilir. Zənnimcə,məhsulların tam şəkildə vergidən azad edilməsi məsələsinə daha ehtiyatla yanaşmaq lazımdır. Yaxın zamanda bu addım bazarda qiymət artımını cilovlaya və fermerlərin maliyyə yükünü azalda bilər. Xüsusilə ərzaq inflyasiyasının yüksəldiyi dövrlərdə bu cür qərarlar sosial baxımdan müsbət təsir göstərir və əhalinin alıcılıq qabiliyyətini qismən qoruyur”. 
O bildirib ki, vergi güzəştləri yerli istehsalın genişlənməsinə və idxaldan asılılığın azalmasına stimul verə bilər:
“Bu siyasətin müəyyən riskləri də mövcuddur. Vergidən azadolmalar dövlət büdcəsi gəlirlərinin azalmasına səbəb olur. Bundan əlavə, praktiki təcrübə göstərir ki, vergi güzəştləri hər zaman son qiymətlərə tam şəkildə ötürülmür və bəzi hallarda bazarda fəaliyyət göstərən vasitəçilər bu fərqdən əlavə qazanc əldə edə bilirlər. Bu isə gözlənilən effektin zəifləməsinə gətirib çıxarır. Uzunmüddətli vergi azadolmaları bazar mexanizmlərinin təhrif olunmasına səbəb ola bilər. Bəzi məhsulların həddindən artıq stimullaşdırılması digər sahələrin inkişafını ləngidə, fermerlərin isə dövlət dəstəyindən asılılığını artıra bilər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see809

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see728

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see262

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see261

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see252

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see235

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see229

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see216

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see192

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see191

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see190

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see189

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see185

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see184

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see176

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see173

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri