Azərbaycanla Türkiyə xarici və təhlükəsizlik siyasətini koodinasiya etməlidir
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hökumət toplantısından sonra verdiyi açıqlamalarda müxtəlif mövzularla yanaşı martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü və İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyəti barədə fikirlərini bildirdi. Layihə sayəsində Naxçıvanın təbii qaza olan tələbatının ən azı 30 il ərzində təmin olunacağını vurğulayan Ərdoğanın sonrakı cümləsinə də diqqət yetirmək lazım gəlir: “İlham Əliyevlə Ermənistanla sülh danışıqları və digər mühüm məsələləri müzakirə etdik”.
Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları “Şuşa bəyannaməsinə” görə iki ölkə xarici və təhlükəsizlik siyasətini koodinasiya etməlidirlər. Bu baxımdan Rəcəb Tayyub Ərdoğanın “mühüm məsələlər” dediyi mövzular ABŞ Prezidenti Donald Trampın Rusiya ilə yaxınlaşma istəyinin Cənubi Qafqaza mümkün təsirlərindən tutmuş Rusiyanın regional siyasətinə qədər təfərrüatları əhatə edə bilər.
Baxış sayı:78
Bu xəbər 10 Mart 2025 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















