Icma.az
close
up
RU
Türkiyə dövlətinin qarantiyası bizik! MHP dən SƏRT REAKSİYA ÖZƏL

Türkiyə dövlətinin qarantiyası bizik! MHP dən SƏRT REAKSİYA ÖZƏL

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son aylar Türkiyədə daxili siyasət yenidən qızğın müzakirələrin mərkəzinə çevrilib. İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrəm İmamoğlunun həbsi və onun ətrafında cərəyan edən hadisələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqətlə izlənilir.

İmamoğlunun həbsindən sonra bir neçə gün ərzində İstanbul, Ankara, İzmir və digər böyük şəhərlərdə mitinqlər keçirilib, sosial mediada isə boykot çağırışları səsləndirilib. Hakimiyyət boykotun nəticəsiz qaldığını bildirib.

Cümhuriyyət Xalq Partiyası (CHP) isə qurultaya hazırlaşır. Aprelin 6-da keçiriləcək qurultayda Özgür Özəlin yenidən seçiləcəyi gözlənilir.

Ümumilikdə Türkiyədə vəziyyətin qızışdığı görünür. Seçki və referendumla bağlı iddialar. İmamoğlunun gələcəkdə siyasi fəaliyyətə qayıdıb-qayıtmayacağı, CHP-nin qurultaydan necə çıxacağı və müxalifətin ümumi strategiyası ölkənin siyasi gələcəyi baxımından həlledici olacaq. Hakimiyyətin bu proseslərə reaksiyası və beynəlxalq ictimaiyyətin mövqeyi də vəziyyətə təsir göstərən mühüm amillərdəndir.

Modern.az baş verən hadisələrlə bağlı Milliyyətçi Hərəkat Partiyasının (MHP) mövqeyini öyrənməyə çalışıb və bununla bağlı Yaşar Yıldırımla həmsöhbət olub.

O, Türkiyənin güclü dövlət olduğunu və bu hadisələrin də öhdəsindən gələcəyini bildirib:

“Hazırda baş verənlər çox önəmli hadisələr deyil. Fransada da prezidentliyə namizəd cəzalandırılıb. O daha namizəd ola bilməyəcək. CHP-də oğurluğu gizləmə təlaşı var. Yenə də deyirəm, çox önəmli deyil, bunların öhdəsindən gələrik. Türkiyə çox güclü dövlətidir. Ortada Türkiyə düşmənliyi var. Türkiyənin iqtisadiyyatına, stabilliyinə hücum edilir. Bunları bilirik. İstərdik ki, bunlar olmasın. Hamı cəzasını alacaq və vəziyyət durulacaq. Çıxılmaz vəziyyət yoxdur. Cümhuriyyət Xalq Partiyasının tələbələri küçəyə dəvət etməsi, boykot çağırışı kimi məsələlər önəmlidir. Amma biz nələrin öhdəsindən gəlmişik, bunu da yola verərik”.

Deputat söyləyib ki, MHP Türkiyə dövlətinin qarantiyasıdır:

“İstanbuldakı mitinqə 150 min insan toplanıb. CHP-nin bələdiyyə işçiləri meydana çıxarıldı. İzdiham, sosial partlayış filan yoxdur. Terror qruplaşmalarının da universitet tələbələri üzərindəki təsiri ilə polisə hücum etməsi, balta vurması kimi hallar var. Amma topluma sirayət etmiş bir hal yoxdur. Alış-veriş boykotu elan edilən gün 12 milyard, səhəri gün isə 28 milyard xərclənib. Boykotu kimsə diqqətə almalıdı. Özgür Özelin yenidən Cümhuriyyət Xalq Partiyasının sədri olmaq üçün bu cür dövlətə qarşı, Türkiyənin iqtisadiyyatına qarşı etdiyi hərəkətlərdir bunlar. Bunların öhdəsindən biz gələrik. Türkiyə dimdik ayaq üstədir. MHP ayaqdadır, Türkiyə dövlətinin qarantiyası bizik. Siz bir ölkənin iqtisadiyyatını hədəfə alsanız, bu düşmənlikdir. Bir türk türk malı almayın deyərmi? AK Partiya da, MHP də iqtisadiyyata vurulacaq ziyanın qarşısını almaq istəyir. MHP kim türk düşmənidirsə, ona qarşıdır. Azərbaycanlı ola-ola malı istifadə etmə deyə bilərsənmi?”.

Yaşar Yıldırım xarici təsirlərdən də danışıb: “Avropa hazırda Putinin işğalından qorxur və kimin onları xilas edəcəyini düşünür. ABŞ öz iqtisadiyyatını zirvəyə çıxarmağın dərdindədir. Türkiyə Cümhuriyyəti regionun ən güclü dövlətidir. Əlbəttə, xarici qüvvələr bizi zəiflətməyə çalışır. Lakin Türk Dövlətləri Təşkilatı qurulub. 3 milyon kvadat metr ərazidə 300 milyonluq birlik qurulur. Türk Birliyi bir qütbdür. Dünyada bir balansdır. Əlbəttə xaricdəkilər öz düşmənliyini edəcək. Biz lazımi addımları atırıq. Artıq dünyada türk dövrü, türk yüzilliyi başlayır. Kiçik məsələlərlə nə işimiz var?”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri