Icma.az
close
up
RU
Türkiyə eksperti: Rusiya və İranın geosiyasi planlarında Ermənistana məhəl qoyulmur

Türkiyə eksperti: Rusiya və İranın geosiyasi planlarında Ermənistana məhəl qoyulmur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 31 yanvar, AZƏRTAC

Rusiya və İran Ermənistanın maraqlarından yan keçməklə ikitərəfli əməkdaşlıq planları qurur. Əsas yer Azərbaycana ayrılır ki, bunun daha bir bariz nümunəsi Rusiya ilə İran arasında ildə 55 milyard kubmetr təbii qaz tədarükü üçün nəzərdə tutulan yeni qaz kəməri layihəsinin elan edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Tuğçe Tecimer bildirib.

Ekspert Rusiya Prezidenti Vladimir Putin və onun iranlı həmkarı Məsud Pezeşkian arasında bu yaxınlarda aparılmış danışıqları xatırladıb. Bu görüşdə digər məsələlərlə yanaşı, Qərbin sanksiyaları fonunda əməkdaşlığın enerji aspekti də müzakirə olunub.

AVİM analitiki qeyd edib: “Regionda yeni böyük enerji layihəsinin Ermənistanın iştirakı olmadan həyata keçirilməsi bir sıra suallar doğurur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskva ilə Tehran arasında strateji tərəfdaşlığın bütün regiona müsbət təsir edəcəyi barədə bəyanatı reallığı dəyişmir. Ermənistan əlverişsiz vəziyyətdədir”.

Ekspertin sözlərinə görə, İrəvanla Moskva arasında münasibətlərin soyumasını və Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşmasını nəzərə alaraq demək olar ki, regional layihənin növbəti marşrutunu müəyyənləşdirən Rusiya Ermənistana məhəl qoymayaraq, faktiki olaraq, bu ölkəyə xəbərdarlıq edib.

“Belə bir şəraitdə Rusiya və İran Qərbdən təzyiqlərin artacağı təqdirdə alternativ yaradırlar, Ermənistan isə iki gücün geosiyasi planlarından kənarda qalır”, - deyən Tecimer bildirib ki, Azərbaycandan keçəcək yeni qaz kəməri sayəsində “mavi yanacaq” ehtiyatlarına görə dünyada ikinci ölkə sayılan İranın öz resurslarından da istifadə etmək mümkün olacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri