Icma.az
close
up
RU
Türkiyə elə ölkə deyil ki, virus varsa, bu xəbəri gizlətsin RƏY

Türkiyə elə ölkə deyil ki, virus varsa, bu xəbəri gizlətsin RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əgər həqiqətən də, turistlər arasında səhhətində problem yarananlar varsa, analiz verilməlidir və xəstəliyin səbəbi bilinməlidir


İmmuniteti güclü olanlar xəstəliklə mübarizə apara bilir, zəiflər isə çətinlik çəkir

  Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyi (Rospotrebnadzor) Türkiyədə istirahət edən rus turistlərin virusa yoluxduğunu iddia edərək Ankaradan izahat istəyib. Bu barədə Publika.az “Haberrus”a istinadən məlumat yayıb. Məlumatda Antalyanın Belek kurort qəsəbəsində istirahət edən rus turistlərin “naməlum virus”a yaxalandığı bildirilir. “Rospotrebnadzor” turistlərdən daxil olan şikayətlərlə bağlı Türkiyə Səhiyyə Nazirliyinə müraciət edib. Agentlik məsələnin ciddi nəzarət altında olduğunu vurğulayaraq, turistlərə profilaktik tədbirlər çərçivəsində gigiyena tədbirlərinə də laqeyd qalmamağı xatırladıb. Rusiya səlahiyyətliləri ictimai yerlərdə, yeməkdən əvvəl və tualetə getdikdən sonra əlləri yaxşıca yumağı, qaynadılmış sudan istifadə etməyi, meyvə və tərəvəzləri bu şəkildə təmizləməyi tövsiyə edib. Həmçinin bildirilib ki, tənəffüs yolu və ya bağırsaq infeksiyası əlamətləri olan insanlarla təmasdan çəkinmək məsləhət görülüb. “SHOT” Teleqram kanalının məlumatına görə, son günlər Türkiyənin Bələk qəsəbəsindəki bəzi hotellərdə qalan onlarla rus turist yüksək hərarət kimi əlamətlərlə yerli xəstəxanalara müraciət edib. Lakin Antalya vilayətinin səlahiyyətliləri və Belekdəki “Sirene Bələk” hotelinin rəhbərliyi turistlərin virusla bağlı iddialarını təkzib edib.


  Məsələ ilə bağlı “Sherg.az"a danışan həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, COVID-19 zamanından üzü bəri virus infeksiyalarının yayılması xəbərləri də artıb:


- Birincisi, Antalya vilayətinin rəsmiləri virus infeksiyası barədə xəbəri təkzib edib. Türkiyə elə ölkə deyil ki, virus varsa, bu xəbəri gizlətsin, əhalini xəbərdar etməsin. Antalyada təkcə turistlər deyil, yerli əhali də yaşayır. Belə bir infeksiya, xəstəlik mənbəyi olsaydı, Türkiyə Səhiyyə Bakanlığı ilk növbədə özü bunu açıqlayardı, səhiyyə orqanlarına qabaqlayıcı tədbirlər görülməsi tapşırılardı, əhaliyə də ehtiyatlı olmaq tövsiyə edilərdi. Məsələyə başqa yöndən baxsaq, əgər həqiqətən də, turistlər arasında səhhətində problem yarananlar varsa, analiz verilməlidir və xəstəliyin səbəbi bilinməlidir. Ümumiyyətlə, COVID-19-dan sonra virus xəstəlikləri çox artıb. Koronavirusun müxtəlif növləri üzə çıxıb. Müxtəlif ştamları var. Adicə respirator xəstəliklər – yuxarı tənəffüs yollarının infeksiyaları insanlarda ağırlaşmalara səbəb ola bilir. Qızdırma ilə müşayiət olunan boğaz ağrısı, öskürək, burun axması, mədə-bağırsaq pozğunluqları yaranır. Hazırda bu cür infeksion xəstəliklərdən əziyyət çəkənlər, yoluxanlar çoxdur. Xarici ölkələrə səyahət edənlər arasında xəstələnmə halları da gözləniləndir. 

M.Əliyev qeyd etdi ki, iqlim dəyişikliyi, soyuq iqlim şəraitindən birbaşa isti iqlim şəraitinə keçid səyahət edənlərdə problemlər yarada bilir: 

- Uzaq ölkələrə, fərqli iqlim şəraiti olan yerlərə səfərə gedənlər, istirahət üçün dünyanın müxtəlif  ölkələrini seçənlər bunu bilməlidir ki, xəstələnə bilərlər. Çünki orqanizm vərdiş etdiyi bir mühitdən tamamilə fərqli bir mühitə düşür. Həmin mühitə uyğunlaşmaq bəzən orqanizm üçün çətin olur. Bu da insanın səhhətində problemlər yaradır. İmmuniteti güclü olanlar xəstəliklə mübarizə apara bilir, zəiflər isə çətinlik çəkir. Həm də şəraitə uyğun davranmaq, sanitar-gigiyena qaydalarına riayət etmək də çox vacibdir. Bir qədər çox, uzun müddət günəş şüalarının təsiri altında qalmaq orqanizmdə müxtəlif fəsadlar törədə bilir. Qida rasionuna ciddi fikir vermək lazımdır. 

  Qeyd edək ki, Türkiyənin məşhur turizm mərkəzlərindən biri olan Bələkdə turistlərin virus infeksiyasına yaxalanması kimi xəbərlər 2019, 2020-ci illərdə yayılmışdı. O zaman da yerli orqanlar bu məlumatları təkzib edərək şantaj xarakterli olduğunu bildirmişdilər. Yəni bu səpkili məlumatlar vaxtaşırı yayılır. Belə görünür ki, hər il xeyli sayda rus turistin Türkiyənin turizm mərkəzlərinə getməsindən narahat olanlar var. Odur ki, bu cür saxta xəbərlər yaymaqla Türkiyənin turizm mərkəzlərini gözdən salmaq, turizm  sektoruna zərbə vurmağa çalışırlar.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri