Icma.az
close
up
RU
Türkiyə Ermənistan quru sərhədi açılır Son işlər görülür

Türkiyə Ermənistan quru sərhədi açılır Son işlər görülür

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Iğdır vilayətinin Dilucu–Aralıq xətti üzərində, Araz çayı hövzəsində yerləşən və Türkiyənin Ermənistanla birbaşa quru sərhədindəki ən vacib keçid nöqtələrindən biri olan Alican Sərhəd Keçid Məntəqəsində hazırlıq işləri gedir.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alican Sərhəd Keçid Məntəqəsinin yaxın günlərdə açılması gözlənilir. Burada intensiv işlər aparılır, sürətli hazırlıq prosesi başlanıb. Hazırda birinci dərəcəli hərbi qadağan zona statusunda olan keçid məntəqəsində normal şəraitdə aylar çəkə biləcək işlərin cəmi bir neçə gün ərzində tamamlandığı bildirilir.

Iğdır valisi Ercan Turan işlərə mütəmadi nəzarət edir. Onun əsas prioriteti gömrük fəaliyyətlərinin operativ şəkildə işə salınması və sahənin gömrük qurumlarına təhvil verilməsidir. İl Xüsusi İdarəsinə məxsus texnika ərazidə fasiləsiz işləyir, mülki rəhbərlik isə prosesi yerində izləyir.

Iğdırda Alican keçidinin açılması ilə bağlı gözlənti

Qarabağ müharibəsidən sonra başlanmış normallaşma prosesi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə yeni mərhələyə keçidi şərtləndirib. Aparılan danışıqlar nəticəsində əvvəllər yalnız protokol məqsədilə istifadə edilən Alican keçidinin tamhüquqlu gömrük xidməti göstərməsi üçün yenidən qurulması qərara alınıb.

Bu çərçivədə gömrük sahəsinə müasir hərbi konteynerlər gətirilib, hərbi post üçün ayrıca zona ayrılıb. Eyni zamanda gömrük əməliyyatlarının səmərəli təşkili üçün əlavə xidmət sahələri inşa olunur.

Məsələ ilə bağlı açıqlama verən vali Ercan Turan Iğdırın üç ölkə ilə sərhədi olan strateji mövqeyini xatırladaraq bildirib ki, bölgə hər baxımdan hazır olmalıdır:
“Ölkəmizə və şəhərimizə yaraşan müasir gömrük sahəsi yaradacağıq. Növbəti mərhələdə yeni gömrük ərazisi və körpünün də istifadəyə verilməsi nəzərdə tutulur”.

Alican Sərhəd Keçid Məntəqəsində işlərin tamamlanması ilə Iğdırın regional ticarət və logistika baxımından önəmli mərkəzlərdən birinə çevriləcəyi gözlənilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri