Azercell ilə “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın startap ekosistemində mələk investorluğun inkişafına önəmli töhfə verən “Mələk İnvestorlar Məktəbi” bu il Azercell-in dəstəyi ilə daha geniş və interaktiv proqramla keçiriləcək. Təlim 4-6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq.
Proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla praktik biliklərini paylaşacaq, startap portfellərinin formalaşdırılması, düzgün seçimlər və uğurlu investisiya strategiyaları barədə dəyərli tövsiyələr verəcəklər. Sessiyalar ingilis dilində keçiriləcək.
2024-cü ildə layihə artıq 200-dən çox potensial investora təlim keçmiş, onların “SABAH Angels” klubuna üzvlüyünü təmin etmiş və startaplara yüz minlərlə dollar investisiya yönləndirmişdi. Bu il isə proqram daha böyük və interaktiv şəkildə təşkil olunacaq.
Təlimi tamamlayan və sonrakı altı ay ərzində startaplara investisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Beş qalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanmaqla səfər etmək imkanı qazanacaq.
Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH Angels klubunun dəstəyi ilə həyata keçirilir.
Ətraflı məlumat üçün: www.angelinvestor.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 01 Noyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















