Palçıq Vulkanları Turizm Kompleksində media tur keçirilib FOTO
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Palçıq Vulkanları Turizm Kompleksində media tur keçirilib.
Doğru.az xəbər verir ki, tədbir çərçivəsində Agentliyin tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin ilk 9 ayı ərzində bu obyektlərə olan ziyarətçi axınının statistikası media nümayəndələrinə təqdim olunub.
Media tur iştirakçılarına “Yuxarı Baş”, “Kiş”, “Lahıc” və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruqları haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Xınalıq kəndinin BMT-nin Ümumdünya Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” siyahısına daxil edilməsi bölgədə yeni turizm xidmətlərinin formalaşmasına və infrastrukturun sürətlə inkişafına təkan verib.
Rəsmi statistikaya əsasən, 2025-ci ilin 9 ayı ərzində Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və muzeyləri 706 mindən çox turist ziyarət edib. Onların 77 faizdən çoxu xarici vətəndaşlar olub. Bununla yanaşı, bilet satışından ümumilikdə 4,8 milyon manat gəlir əldə edildiyi bildirilib.
Tədbir zamanı həmçinin Palçıq Vulkanları Turizm Kompleksində milli suvenirlərin hazırlanmasına start verildiyi, eyni zamanda yeni palçıq vulkanlarının yarandığı da qeyd olunub.
Media tur iştirakçıları tədbir çərçivəsində kompleksdə aparılan yeniliklər, ekoturizm imkanları və yerli turizm potensialı ilə yaxından tanış olublar.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 01 Noyabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















