Türkiyə gəmilərin boğazlardan keçməsinə görə ödənişləri artıracaq
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından keçən gəmilərdən alınan ödənişin hesablanmasında istifadə edilən qızıl frankın qiyməti iyulun 1-dən etibarən 15% artırılaraq 5.83 dollara çatdırılacaq".
Oxu.Az DHA-ya istinadla xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, dövlət ödənişlər hesabına ekoloji təhlükəsizliyin yaxşılaşdırılması üçün zəruri infrastrukturun və gəmilərin hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsini davam etdirəcək.
Nazir xatırladıb ki, bu artım 2022-ci ildən bəri dördüncü olacaq.
Qeyd edək ki, gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsi qarşılığında ödəniş 1936-cı ildə boğazlar zonasında gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frank əsasında hesablanır.
İmzalanan zaman qızıl frankı 0.8 dollara bərabər idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 İyun 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















