Icma.az
close
up
RU
Türkiyə gəmisi ilə bağlı insident Rusiya tərəfindən şəffaf araşdırılmalıdır POLİTOLOQ

Türkiyə gəmisi ilə bağlı insident Rusiya tərəfindən şəffaf araşdırılmalıdır POLİTOLOQ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

"Rusiya-Türkiyə münasibətlərində ara-sıra indiyə qədər bir sıra hallar baş vermişdi. Xatırlatmaq istəyirəm ki, Türkiyə tərəfindən Rusiya qırıcısı da vurulmuşdu və bununla bağlı Türkiyə tərəfi təzminat da vermişdi və bu məsələ ilə bağlı aydınlıq gətirilmişdi". Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, biz nəzərə alsaq ki, hal-hazırda Rusiya-Ukrayna müharibəsi gedir və bu müharibə də Qara dəniz üzərində baş verə bilir: "Donanmada və yaxud da dronlar vasitəsilə Ukraynanın şəhərləri dronlarla vurulur, və yaxud da əksinə baş verir, Rusiyanın şəhərləri Ukrayna tərəfindən vurulur. Bu müharibədə, təbii ki, düşünək ki, bu təsadüfən, səhvən baş vermiş bir hadisədir və Türkiyə gəmisi bilinmədən vurulubdur. Təbii ki, bu məsələyə Rusiya tərəfi aydınlıq gətirməlidir və Türkiyəyə izahat verməlidir ki, bu nədən baş verib, səhvən olubdur, üzrxahlıq etməlidir. Bu, dövlət ədəbidir.Mən düşünürəm ki, bu istiqamətdə Türkiyə-Rusiya münasibətlərində gərginlik yaşanmamalıdır. Amma istisna da etmirəm ki, burada ola bilsin ki, müəyyən qüvvələrin marağında da ola bilər ki, belə bir hallar baş versin ki, məqsədli şəkildə Rusiya tərəfindən Türkiyə gəmisi və yaxud da başqa bir nəqliyyat vasitəsi vurula bilər. Necə ki, Azərbaycanın AZAL təyyarəsi vurulmuşdur.Yəni, mən düşünürəm ki, bu təxribat da ola bilər və ona görə bu məsələ Rusiya tərəfindən dəqiqliklə araşdırılmalıdır. Bu, şəxsən Rusiya Prezidenti Vladimir Putinin nəzarəti altına alınmalıdır ki, Türkiyə gəmisi nə səbəbdən vurulubdur? Yəni, istintaq aparılmalıdır və bununla bağlı da Türkiyə tərəfinə dəqiq izahatlar və məlumatlar verilməlidir. Mən düşünürəm ki, Rusiya onun fərqində olmalıdır ki, Avropanın, Qərbin, Amerikanın sanksiyaları altında olduğu bir halda, ən gərgin vaxtlarında belə, Türkiyə və Azərbaycan bu blokadaya qoşulmayıbdır, Rusiyayla normal, ikitərəfli, iqtisadi və digər əlaqələrini inkişaf etdiribdir.Yəni, Rusiya bunun fərqində olmalıdır ki, ən çətin vaxtlarında, ən dar günlərində qardaş Türkiyə, Azərbaycan Rusiyaya hansı münasibət göstəribdir? Bu münasibətlərin pozulmasına, bu münasibətlərin gərginliyinin artmasına imkan verilməməlidir. Yəni, şəxsən bu məsələ Vladimir Putinin nəzarəti altında olmalıdır".

Müəllif: Ziya Hikmətoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see213

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see205

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see162

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see153

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see149

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see143

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see136

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see130

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see128

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see126

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri