Icma.az
close
up
RU
“Türkiyə harada olmasına baxmayaraq, terrorçuları tapıb məhv edəcək”

“Türkiyə harada olmasına baxmayaraq, terrorçuları tapıb məhv edəcək”

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Türkiyə dövləti uzun illərdir ki, terrorla mübarizə aparır. Terror ölkənin milli təhlükəsizliyi üçün əsas təhdidlərdən birinə çevrilib. Bu günlərdə PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edərək, silahı yerə qoymalarını istəyib. Onun adından yayılan yazılı müraciətdə deyilir: “Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. Ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Yada salaq ki, hələ ötən ilin oktyabrında MHP lideri Dövlət Baxçalı PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklif irəli sürmüşdü. O zaman ölkə Prezidenti Ərdoğan tərəfindən də bu təklif dəstəklənərək, "tarixi fürsət" kimi dəyərləndirilmişdi.

Abdullah Öcalanın müraciətini bir sıra terror təşkilatları dəstəkləyib, PKK terror təşkilatı Kandildə atəşkəsin elan edildiyini açıqlayıb. Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, terror təşkilatının vaxtilə istismar vasitəsi kimi istifadə etdiyi bəhanələrinin demək olar ki, hamısı ya aradan qalxıb, ya həll edilib, ya da yoluna qoyulub. Onun sözlərinə görə, terrorsuz Türkiyə uğrunda aparılan mübarizədə artıq yeni bir mərhələyə keçilib: “Qarşımızda min illik qardaşlığımızın arasına hörülən terror divarının dağıdılması hədəfinə doğru gedən yolda tarixi bir addım atmaq fürsəti var. Başlayan prosesin əhatəli yerinə yetirilib-yetirilmədiyini aidiyyəti qurumlarımız vasitəsilə diqqətlə izləyəcəyik”.

Məlumdur ki, bu terror qruplaşmalarının arxasında bəzi güclər dayanır. Ona görə də hadislərin necə inkişaf edəcəyini proqnoz etmək çətindir. Aydın olan budur ki, Türkiyə öz qəti mövqeyini ortaya qoyub. Yeri gəlmişkən, bu günlərdə xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində Türkiyənin ABŞ-dən gözləntilərindən danışarkən deyib ki, Amerika, xüsusilə Suriyada İŞİD-lə mübarizə əlaqələrinin parametrlərinə yenidən baxmalı və Türkiyə üçün təhlükə yaradan PKK-ya dəstək öhdəliyindən xilas olmalıdır.

Nazir vurğulayıb ki, PKK/YPG Suriyada idarəçiliyə və təsir dairəsinə sahib olmaq istədiyi üçün yeni rəhbərliklə anlaşa bilməz. O, bu məsələnin sülh yolu ilə həllini tapacağına ümid etdiyini və Türkiyənin hər kəsə konstitusiyanın verdiyi imkanlardan bərabər istifadə etməyi uyğun gördüyünü, bunun da cəmiyyətdə sülhə töhfə verəcəyinə inandıqlarını vurğulayıb.

Türk nazirin sözlərinə görə, sülhün ikinci mühüm sütunu odur ki, qanuni dövlət strukturlarından başqa heç bir şəxs qanunsuz silaha malik olmamalıdır:

“PKK və onun törəmələri Suriya ərazisinin üçdəbirini, neft və təbii qaz yataqlarını ələ keçirib. Onların böyük əksəriyyəti ərəb şəhərləri və kəndləridir, əldə etdiklərini Suriya xalqına satır və İraq, İran və Türkiyədəki PKK üzvlərinə pul göndərirlər. Türkiyə, İraq və İrandan olan 2000-ə yaxın adam Suriya Demokratik Qüvvələri rəhbərliyində vəzifə tutur”.

Onun sözlərinə görə, Suriya ərazisində İraq, Türkiyə və İrandan gələn terrorçular fəaliyyət göstərir.

İndi qarşıda bəzi suallar dayanır. Öcalanın çağırışına əməl olunacaq? PKK silahı yerə qoymasa, nə baş verəcək? Terrorsuz Türkiyə hədəfinə çatmaq mümkün olacaq?

Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzu ilə bağlı “525”ə deyib ki, əgər PKK ölkə daxilində və xaricində silahı yerə qoyub, fəaliyyətini dayandırmasa, onsuz da Türkiyə 40 ildir ki, terrorla mübarizə aparır. Başqa sözlə, PKK-nın silahı yerə qoyub-qoymaması Türkiyənin mübarizəsinin mahiyyətinə təsir edən bir məsələ deyil. General bildirib ki, Türkiyə yeni dönəmdə, dünyanın yenidən şəkilləndiyi bir vaxtda gərəkən addımları atır. Terrorsuz Türkiyə hədəfi elan edilib. Amma cənab Ərdoğanın bu çağırışını terror təşkilatları zaman qazanmaq, yayındırma, başqa dövlətlərə, yaxud güclərə xoş görünmək adına istifadə edib, sözlərinə əməl etmədikləri təqdirdə, Türkiyə terrorla mübarizəsinə davam etdirəcək. Bu kontekstdə də heç bir problem olmayacaq. Çünki Türkiyə Suriya, İraq və İran da daxil olmaqla öz torpaqlarına və ya bu coğrafiyaya təsir edəcək terror fəaliyyətinə dözümlü yanaşmayacaq. Terrorçuların Türkiyəyə daha çox zərər vurmasının qarşısı alınacaq.

Ekspert əlavə edib ki, son terrorçu qalana qədər onunla mübarizə aparılacaq: “PKK-nın 40 ildir başqa dövlətlərin maşası olaraq davam edən fəaliyyətini dayandırmasından savayı bir çarəsi yoxdur. Türkiyə dövləti terror təşkilatı ilə nə bir bazarlıq, nə bir müzakirə şərti ilə razılaşacaq. Atəşkəslə bağlı yaydıqları açıqlama da tamamilə çevrələrindəki insanlanlara yönələn bir psixoloji fəaliyyətdir. Türkiyə dövlətinin terrorçu təşkilatı ilə atəşkəsə ehtiyacı yoxdur”.

Yaxın Şərq ölkələri üzrə mütəxəssis, siyasi ekspert Vüqar Zifəroğlu mövzu ilə bağlı “525”ə deyib ki, əslində hadisələrin inkişafı ilə bağlı tam dəqiq nəsə söyləmək çətindir. Çünki bizim bölücü terror qruplaması dediyimiz təşkilat yalnız bir PKK-dan ibarət deyil: “Bildiyiniz kimi, bunun kifayət qədər böyük qolları var, sayı təqribən 20-yə yaxındır. Onların arasında aparıcı mövqeyə malik olan terror təşkilatları var, YPG, PYD, PJAK kimi. Bu mənada tam qəti fikir söyləmək çətindir. Amma görünən budur ki, hal-hazırda həmin o terror qruplaşmalarının bəziləri artıq Öcalanın çağırışına müsbət cavab verdiklərini bildiriblər və silahı yerə qoyduqlarını bəyan ediblər. Burada bir məqamı xatırlatmaq istəyirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə maraqlı bir açıqlaması oldu. Türkiyə lideri qeyd etdi ki, əsla və əsla hər hansı bir gözləntilərə gedilməyəcək, yəni tələblərə olduğu kimi əməl edilməlidir. Bu özü onu göstərir ki, bu terror qruplaşmalarının mahiyyətinə baxan zaman görürük ki, bunlar hansısa bir məqsədli şəkildə yaradılıb. Açığı deyim ki, bu terror qruplaşmalarının ipi başqalarının əlindədir. Bu mənada, hazırda nə dərəcədə bu proses sonuna qədər gedəcək, hələ müşahidələr aparmaq lazımdır. İndiyədək PKK və bu kimi digər bölücü terror quplaşmalara yardım edən, onlara dəstək verən iri güclər nə dərəcədə bunda maraqlı olacaqlar? Bunun özü düşündürücü bir məqamdır. Və ya əgər maraqlı olacaqlarsa, bu, nəyin qarşılığında baş verəcək? Yəni bu mənada, əslində çox maraqlı bir proses başlayıb. Bəli, indi görünən budur ki, Öcalanın çağırışına müsbət cavab verirlər. Amma sonrakı mərhələlərdə nələr olacaq, hələ düşünürəm ki, gözləmək lazmdır”.

Bəs PKK silahı yerə qoymasa nə baş verəcək?

Ekspert deyib ki, Türkiyə 60-cı illərin sonu, 70-ci illərin əvvəlindən başlayaraq bölücü terror təhdidi ilə üz üzədir: “Biz əslində PKK dediyimiz zaman həm də bu və ya başqa dərəcədə ASALA-nı da nəzərdə tuturuq. Çünki təqribən 80-ci illərin əvvəllərindən sonra ASALA-nın fəaliyyəti tam şəkildə PKK-nın sıralarına keçdi. Onu da xatırlatmaq istəyərdim ki, məhz 80-ci illərin əvvəllərindən başlayaraq PKK daha aktiv fazaya qədəm qoydu. Bu da məhz ASALA-nın dəstəyi sayəsində baş verdi. Yəni bu mənada, Türkiyə hər zaman qeyd etdiyim kimi, 60-cı illərin sonu, 70-ci illərin əvvəlindən başlayaraq terror təhdidi ilə üz-üzədir və Türkiyənin bu məsələdə mövqeyi konkretdir – terrorun kökü kəsilməlidir. Bununla əlaqədar bilirsiniz ki, uzun illər Türkiyə mübarizə apardı, çox sayda şəhidlər verib. Ona görə də mövqe yenə də olduğu kimi qalır. Diqqət edirsinizsə, İraqın şimalında da, Suriyanın şimalında da Türkiyənin məsələ ilə bağlı mövqeyi konkret və qətidir. Hər hansı bir terror təhdid olmamalıdır, terrorun qarşısı alınmalıdır, terrorun kökü qazılmalıdır. Burda bir məqamı da qeyd edim ki, biz bölücü terror qruplaşması dedikdə, yalnız Türkiyə ərazisində, yaxud birbaşa və ya dolayısı ilə Türkiyəni təhdid edəcək bir bölməni nəzərdə tutmuruq. Bura İraqın şimalı da, Suriyanın şimalı da daxildir. Türkiyənin əslində haqlı tələbi ondan ibarətdir ki, bütövlükdə bu bölgədə onlar öz fəaliyyətini dayandırmalıdır. Bu yalnız Türkiyə baxımından deyil, belə olsa, bu iş yarımçıq olar. Başlıca hədəf bütövlükdə bu terror qruplaşmasının tam şəkildə tərksilah edilməsi, silahı yerə qoyması, qanuni nöqteyi nəzərdən əgər hər hansı bir fəaliyyət həyata keçirmək istəyirlərsə, bu, yalnız Türkiyə qanunvericiliyinin verdiyi şərtlər, imkanlar hüquqlar çərçivəsində ola bilər. Türkiyənin istədiyi budur”.

Terrorsuz Türkiyə hədəfinə gəlincə, ekspert deyib ki, Türkiyə bu məsələdə çox səmimidir və verilən açıqlamalar da, istər Prezident Ərdoğan, istər xarici işlər naziri Hakan Fidan və digər rəsmilər olsun, görünən odur ki, Türkiyə tərəfi problemi kökündən həll etmək istəyir: “Xatırladım ki, təxminən 10 il bundan əvvəl kürd açılımı da başlanmışdır, amma yarımçıq qaldı. Yəni bu prosesdə marağı olmayan o kəslər ki, Türkiyədə barışı istəmirlər, sülh prosesinin olmasını istəmirlər, eyni zamanda da Türkiyənin bölgədəki mövqeyinin güclənməsindən və təsir imkanlarının artmasından narahatdırlar, onlar bu barış prosesini pozdular. Nəticə etibarilə indi ikinci bir cəhd aparılır. Ümid edirik ki, bu cəhd alınacaq, həmin o sülh prosesinə qədəm qoyulacaq. Amma bir daha təkrar edirəm ki, Türkiyə üçün ən vacib hədəf dövlət maraqlarıdır, milli maraqlardır, milli təhlükəsizlik məsələləridir. Hansı terror təşkilatı olursa-olsun, əgər bu, Türkiyənin dövlət və milli təhlükəsizliyini təhdid altına alırsa, o, təbii ki, məhv edilməldir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Mart 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri