Türkiyə Hələbdə SDQ yə qarşı antiterror əməliyyatını məmnunluqla qarşılayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Türkiyə Suriyadakı son hadisələri yaxından izləyir.
APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
“Suriya hökuməti bütün etnik qrupların bərabərliyi prinsipi əsasında vətəndaşların təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün Hələbdə antiterror əməliyyatları həyata keçirir. Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edir və terror təşkilatları ilə mübarizəsinə dəstək veririk”, - Yaşar Gülər vurğulayıb.
Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi Hələbin Suriya Demokratik Qüvvələrinin əlində olan ərazilərində atəşkəs elan edildiyini bəyan edib.
Xatırladaq ki, SDQ-yə verilən vaxt artıq başa çatıb. Suriya ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək üçün PKK/YPG mövqelərini bombalamağa başlayıb.
Hələbdə SDQ və Suriya ordusu arasındakı toqquşmalarda ölən mülki şəxslərin sayı 21-ə çatıb, 55 nəfər yaralanıb.
100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini tərk edib.
Baxış sayı:100
Bu xəbər 09 Yanvar 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















