“Türkiyə həmin bölgəni radikal kürd qruplaşmalarından təmizləmək istəyir”
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
“Dəməşq şəhərində Suriya demokratik gücləri və onun silahlı qanadı olan YPG ilə Suriya hökumət nümayəndələri arasında danışıqlar olub. Bu danışıqlarda Suriya rəsmiləri YPG-dən silahı yerə atmağı tələb ediblər”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.
O əlavə edib ki, Suriyanın şimal şərqindəki neftlə zəngin ərazilər kürdlərdən ibarət Suriya demokratik gücləri və onun silahlı qanadı olan YPG-nin nəzarətindədir: “Həmin qruplaşmaları ABŞ dəstəkləyir. Hətta Blinkenin bu mövzuda Türkiyəyə səfəri çərçivəsində həm Rəcəb Tayyib Ərdoğanla, həm də Hakan Fidanla danışıqları olmuşdu. Düşünürəm ki, burada ABŞ və Türkiyə arasında müəyyən maraq ziddiyyətləri mövcuddur. Türkiyə açıq-aşkar şəkildə həmin bölgəni radikal kürd qruplaşmalarından təmizləmək istəyir. ABŞ isə həmin qruplaşmaların orada qalmasını istəyir. Çünki ABŞ-nin Suriyadakı əsas proksi qüvvələri məhz Suriya demokratik gücləri və YPG qruplaşmalarıdır”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 Yanvar 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















