Türkiyə ilə Azərbaycanın iki qurumu arasında “Yol Xəritəsi“ razılaşdırıldı
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Türk Dili Qurumu əməkdaşlığı genişləndiriləcək, dilimiz və ədəbiyyatımızla bağlı ortaq layihələr həyata keçiriləcək.
Bu barədə Moderator.az-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Dil Qurumu arasında "Yol Xəritəsi" razılaşdırılıb.
Tərəflər Türk dünyası ilə bağlı milli və beynəlxalq araşdırmalarda dil, ədəbiyyat və mədəniyyətin inkişafına töhfə verəcək layihələr həyata keçirəcək.
Azərbaycan türkcəsi və ədəbiyyatı ilə bağlı araşdırmalar aparmaq, Türkiyə türkcəsinə tərcümə və təbliğ etmək, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə yaradılan Azərbaycan türkcəsi dil kurslarına akademik dəstək vermək, ortaq dəyərlərimizə dair elmi konfranslar, simpoziumlar, nəşrlər, görüşlər, kitab təqdimatları, poeziya gecələri təşkil etmək, bu istiqamətlərdə ortaq araştırmalar dəstəklənəcək.
Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov əsas məqsədin dil və ədəbiyyat sahəsində ortaq layihələr həyata keçirərək, əməkdaşlığı daha da genişləndirmək olduğunu bildiriblər.
Baxış sayı:60
Bu xəbər 16 Oktyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















