Icma.az
close
up
RU
Türkiyə ilə birgə hərəkət edəcəyik deyən Bayden əslində daşı ətəyindən tökməyib

Türkiyə ilə birgə hərəkət edəcəyik deyən Bayden əslində daşı ətəyindən tökməyib

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Bütün hallarda , bütün zamanlarda həmişə Türkiyənin əleyhinə iş görən ABŞ prezidenti Co Baydan ötən gün açıqlamasında deyib ki, Türkiyə ilə birgə hərəkət edəcəyik.
Xəbər başlığı gözümə ilk dəyən anda düşündüm ki, yəqin ABŞ Türkiyəyə qarşı sərgilədiyi gizli düşmənçiliyinə son qoyur.
Amma elə deyilmiş. Başqa cür imiş.

Deməli, ötən gecə İsrail Təhlükəsizlik Şurası elan edib ki, Livan Hizbullahı ilə atəşkəs razılaşmasını təsdiqləyib.
Baxmayaraq ki, ABŞ İsrailin özünümüdafiə hüququnu əvvəl gündən dəstəklədiyini bildirsə də məhz bu elandan sonra ABŞ Prezidenti Co Bayden həmin atəşkəs razılaşması ilə bağlı açıqlamasını gecikdirmədi:“Qarşıdakı günlərdə ABŞ, Türkiyə, Misir, Qətər və İsraillə birgə Qəzzada atəşkəs razılaşması üçün cəhd göstərəcəyik”, - deyə bildirib.
Baydenin bu fikrindən sonra anladım ki, Co Bayden Hizbullahı terrorçu görərək İsraili dəstəkləsə də Türkiyəni uzun illərdir PKK terror təşkilatına hər tərəfli maddi və mənəvi dəstək verməsini dayandıracağını söyləmirmiş.
Xatırladaq ki, ABŞ hər zaman PKK terror təşkilatına hər il maliyyə ötürür. Məsələ 2018-ci ildə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/KCK/PYD-YPG üçün cari il yarım milyard dollar vəsait ayırdı. Pentaqonun hazırladığı Suriya üzrə hesabata görə, bu miqdar ABŞ-ın terror təşkilatına keçən il ayırdığı vəsaitdən 70 milyon dollar artıqdır.Terror təşkilatına veriləcək müxtəlif miqdarda silah-sursat üçün 433 milyon dollar vəsait ayrıldı. Hesabatda vəsaitin bir hissəsinin silah-sursat üçün ayrıldığı, 67 milyon dollar vəsaitin isə terrorçuların səhiyyə və nəqliyyat xərclərinə ayrıldığı bildirildi. Bu maliyyə yardımları Co Baydenin prezidentliyi dövründə də əskilmədi, əksinə daha da artdı.
Co Bayden prezident seçildikdən sonra isə ABŞ höküməti saxta erməni soyqırımını tanıdı.Co Bayden “ Türkiyə ilə birgə hərəkət edəcəyik” deyəndə elə bildim “daşı ətəyindən töküb”.


Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri