Icma.az
close
up
RU
Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə ilə Ermənistan arasında sonuncu və hələ də qüvvədə olan hüquqi çərçivə 1921-ci ildə imzalanmış Qars müqaviləsidir. Bu sənədin əsas məqsədi o dövr üçün Türkiyə ilə Ermənistan SSR arasında sərhədlərin müəyyənləşdirilməsi idi. Ancaq həmin dövrdən bu günə qədər 100 ildən çox vaxt keçib – imperiyalar süqut edib, qütblər dəyişib, amma Türkiyə ilə Ermənistan arasında real diplomatik münasibətlər və ya hər hansı yeni hüquqi sənəd imzalanmayıb.

Turkustan.az xəbər verir ki, bu sözləri VHP sədrinin müavini Samir Əsədli deyib.

“Halbuki bölgədə davamlı və dayanıqlı sülhün təmin olunması təkcə Azərbaycan-Ermənistan arasında aparılan sülh prosesindən deyil, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından da keçir. Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etməsi bu ölkənin Cənubi Qafqazda təcrid vəziyyətindən çıxmasına, eyni zamanda, rus təsirindən bir qədər uzaqlaşmasına şərait yarada bilər. Bu, həm də regionda sabitlik üçün yeni platformaların açılmasına imkan verər.

Təbii ki, Ermənistanın tarixən sərgilədiyi qeyri-sabit və qeyri-səmimi qonşuluq siyasəti hələ də ciddi narahatlıq doğurur. Bu ölkə bir çox hallarda ona etimad göstərmiş qonşularına qarşı xəyanətkar davranışlar sərgiləyib – bunun acı nümunəsini Azərbaycan xalqı 30 illik işğal dövründə yaşayıb. Ona görə də Türkiyə ilə münasibətlərin normallaşması ancaq şərti əsaslarla, açıq və şəffaf öhdəliklər üzərində qurulmalıdır.

Əgər Ermənistan Qərbə inteqrasiyanı və demokratik transformasiyanı hədəfləyirsə, Türkiyə ilə strateji əməkdaşlıq və təhlükəsizlik sahəsində yeni bir müqavilənin imzalanması bu ölkə üçün bir “yeni nəfəs” ola bilər. Lakin bu, qarşılıqlı etimad, tarixi məsuliyyət və regional sabitliyə real töhfə vermək istəyi üzərində qurulmalıdır”, - o vurğulayıb. /axar.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri