Icma.az
close
up
RU
Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurma son dərəcə risklidir Hərbi ekspert

Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurma son dərəcə risklidir Hərbi ekspert

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı mümkün hərbi addımlarla bağlı son açıqlamaları regionda ciddi müzakirələrə səbəb olub. Xüsusilə Fələstin əhalisinin öz torpaqlarından çıxarılması ehtimalına qarşı Türkiyənin hərbi müdaxilə edə biləcəyi barədə mesajlar geosiyasi gündəmin ön sırasına çıxıb. Lakin bu bəyanatların real hərbi əməliyyatlara çevrilmə ehtimalını qiymətləndirmək üçün məsələyə daha geniş və soyuqqanlı yanaşmaq lazımdır".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail tərəfindən Fələstin əhalisinin öz torpaqlarından çıxarılmasının qarşısını almaq üçün Türkiyənin hərbi addımlar ata biləcəyi haqda verdiyi açıqlamanı şərh edərkən bildirdi.

Həmsöhbətimiz vurğuladı ki, Türkiyə rəhbərliyi uzun illərdir Fələstin məsələsində sərt və prinsipial mövqe nümayiş etdirir:

"Bu mövqe təkcə xarici siyasət deyil, həm də daxili siyasi auditoriyaya yönəlik ritorikanın bir hissəsidir. Ərdoğanın bu cür açıqlamaları çox vaxt həm İslam dünyasında liderlik iddiasını gücləndirmək, həm də beynəlxalq ictimaiyyətə təzyiq göstərmək məqsədi daşıyır. Bu baxımdan səsləndirilən fikirləri birbaşa hərbi qərar kimi yox, daha çox siyasi mesaj kimi dəyərləndirmək daha doğru olar. Digər mühüm məqam isə Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurmanın son dərəcə riskli olmasıdır. Türkiyənin NATO üzvü olması, eləcə də İsrailin ABŞ tərəfindən güclü şəkildə dəstəklənməsi bu cür ssenarini olduqca mürəkkəb və təhlükəli edir. Belə bir qarşıdurma yalnız iki ölkə ilə məhdudlaşmayaraq, daha geniş regional müharibəyə çevrilə bilər".

Anar Şuşalının fikrincə, Türkiyənin tam passiv qalacağını demək də doğru olmaz:

"Ən real ssenarilər daha çox dolayı və məhdud xarakterli addımlarla bağlıdır. Ankara humanitar missiyalar adı altında hərbi-logistik dəstək göstərə, kəşfiyyat və texniki imkanlarını səfərbər edə, həmçinin Aralıq dənizində hərbi mövcudluğunu artıraraq siyasi təzyiq mexanizmlərini gücləndirə bilər. Eyni zamanda, beynəlxalq mandat olacağı təqdirdə sülhməramlı qüvvə kimi bölgəyə daxil olmaq ehtimalı da nəzəri olaraq mümkündür, lakin bu ssenari hazırkı şəraitdə zəif görünür.

Tammiqyaslı hərbi müdaxilənin aşağı ehtimal olunmasının digər səbəbləri də var. Türkiyənin iqtisadi vəziyyəti uzunmüddətli müharibə yükünü daşımaq üçün əlverişli deyil. Ankara Qərb ilə münasibətləri kritik həddə çatdırmaq istəmir və İsrailin texnoloji-hərbi üstünlüyü də ciddi çəkindirici faktor kimi çıxış edir.
Nəticə etibarilə, Ərdoğanın açıqlamaları daha çox geosiyasi mesaj və siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Real hərbi müdaxilə ehtimalı isə yalnız vəziyyətin kəskin şəkildə dəyişəcəyi, xüsusilə də genişmiqyaslı humanitar böhran və ya beynəlxalq hüquqi əsas yaranacağı halda gündəmə gələ bilər. Hazırkı mərhələdə isə Türkiyənin birbaşa müharibəyə daxil olması ehtimalı aşağı, dolayı və məhdud addımlar atması isə daha real görünür".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri