Türkiyə İran və ABŞ ı danışıqlar masasına qayıtmağa çağırır
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran və ABŞ regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün danışıqlar masasına qayıtmalı və danışıqları yekunlaşdırmalıdırlar.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Bolqarıstan xarici işlər naziri Velislava Petrova-Çamova ilə danışıqlardan sonra mətbuat konfransı keçirən Fidan, Türkiyənin Yaxın Şərqdə sülhün və sabitliyin təmin edilməsində maraqlı olduğunu vurğulayıb.
"Tərəflərə qarşılıqlı hücumları dayandırmağı, danışıqlar masasına qayıtmağı və yekunlaşdırmaq üzrə olduqları razılaşmanı tövsiyə edirik. Səylərimiz bu istiqamətə yönəlib. Hamımız müharibənin şiddətlənməsinin, gərginliyin artmasının və tammiqyaslı hərbi vəziyyətə qayıtmağın heç kimə faydası olmadığını görmüşük. Nə qədər çətin olsa da, danışıqlar başa çatdırılmalıdır", - deyə türkiyəli nazir bildirib.
Süleyman
Bu mövzuda digər xəbərlər:İran BMT ni ABŞ ı qınamağa çağırır
22 Oktyabr 2026 16:05
Misir İran və ABŞ ı danışıqlar masasına qaytarmağa çalışır
01 Fevral 2026 00:34
Çin ABŞ ı tariflərdən imtina etməyə və qarşılıqlı hörmət yoluna qayıtmağa çağırır
13 Aprel 2025 17:27
Kallas Aİ və ABŞ ı transatlantik birliyə çağırır
12 Avqust 2025 14:11
Çin və Afrika ölkələri ABŞ ı məsləhətləşməyə çağırır
12 İyun 2025 23:12
Baxış sayı:101
Bu xəbər 11 İyun 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















