Türkiyə klubu Fələstin millisinin forvardını istəyir
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misirin “Əl-Əhli” klubunun heyətində Klublararası dünya çempionatında diqqətləri üzərinə çəkən Vessam Abu Ali turnir başa çatdıqdan dərhal sonra MLS klubuna keçdi.
Sportal.az xəbər verir ki, 26 yaşlı forvard “Kolumbus Kryu” ilə anlaşdı. Amma Fələstin millisinin hücumçusu karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Belə ki, “Trabzonspor” onu icarəyə götürməyi planlaşdırır. Buna görə də, Qaradəniz təmsilçisi ABŞ klubu ilə danışıqlara başlayıb. Vessamın “Kolumbus”la müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
Danimarkada dünyaya gələn Fələstin yığmasının hücumçusu karyerası ərzində “Olborq”, “Vendissel”, “Silkeborq”(hamısı Danimarka), “Sirius”(İsveç), “Əl-Əhli”(Misir) klublarında oynamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Avqust 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















