Türkiyə klubunun Andrade israrı davam edir 4 milyon avroluq bənd
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qarabağ”ın futbolçusu Leandro Andrade klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi “Beşiktaş”ın diqqət mərkəzindədir. Bu barədə “A Bola” nəşri məlumat yayıb.
“Beşiktaş”da yeni baş məşqçi Covanni van Bronxorts Andrade haqqında hazırlanmış hesabatı təsdiqləyib və oyunçunun transferini istəyib. Azərbaycan təmsilçisi isə Andradeni buraxmaq niyyətində deyil. Xəbərdə İstanbul klubunun “atlılar”la anlaşmayacağı halda, onun sərbəstqalma məbləğini ödəyəcəyini qeyd edib. Bu məbləğ isə 4 milyon avrodur.
Leandronun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, son mövsümdə 58 oyunda 15 qol vurub, 18 məhsuldar ötürmə edib.
Baxış sayı:99
Bu xəbər 26 Aprel 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















