Türkiyə kuboku matçında qapıçı hücumçu ilə toqquşmadan sonra huşunu itirib FOTO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə kuboku matçında “İstanbulspor”un qapıçısı İsa Doğan “Qalatasaray”ın hücumçusu Ahmet Kutucu ilə toqquşduqdan sonra huşunu itirib.
İdman.Biz-in məlumatına görə, hadisə oyun zamanı baş verib və tribunadakı tamaşaçılar arasında şoka səbəb olub.
Yüksək sürətlə qaçan Kutucu havadakı top uğrunda mübarizə zamanı İsa Doğanla sərt şəkildə toqquşub. Zərbə o qədər güclü olub ki, oyunçuların hər ikisi yerə sərilib. İsa Doğan hadisə yerində huşunu itirib. Tibb heyəti dərhal meydançaya çağırılıb. Doğan meydançadan xərəklə çıxarılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisə zamanı “Qalatasaray”ın hücumçusu da zədələnib. O, ilkin müdaxilədən sonra ayağa qalxıb. Lakin zədəsi ciddi olduğundan onu dərhal əvəzləyərək soyunma otağına yollayıblar.
Hadisəyə baxmayaraq, oyun davam edib və “Qalatasaray” 3:1 hesabı ilə qalib gəlib. Ev sahibi komandanın qollarını Mauro İkardi, Lukas Torreyra və Kutucu zədələnmədən əvvəl vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Fevral 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















