Icma.az
close
up
RU
Türkiyə mediası: Ermənilərin Anadoluda 550 min dinc sakini qətlə yetirmələrinə dair arxivlərdə sübutlar var

Türkiyə mediası: Ermənilərin Anadoluda 550 min dinc sakini qətlə yetirmələrinə dair arxivlərdə sübutlar var

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyə arxivlərində erməni quldur dəstələri tərəfindən Anadoluda azı 550 min dinc sakinin qətlə yetirildiyini sübut edən danılmaz sübutlar mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 25-də Türkiyənin "Yeniçağ" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Osmanlı imperiyasının son illərində baş verən etnik türklərin kütləvi qətlləri Ərzurum, Ərzincan, Trabzon, Van, Bitlis, Qaziantep, Kahramanmaraş, Elazığ və Anadolunun digər bölgələrində qeydə alınıb.

“Erməni silahlı dəstələri qadın, uşaq və qocaların cəsədlərini kütləvi məzarlıqlara atırdılar. Bəzi hallarda insanları diri-diri torpağa basdırır və ya sobalarda yandırırdılar. Təkcə Van bölgəsində 22 900 türk ermənilər tərəfindən qətlə yetirilib”, – deyə qəzet qeyd edir. Məqalədə, həmçinin İğdır və Qarsda aşkarlanmış kütləvi məzarlıqlardan da bəhs olunur.

Yazının müəllifi Hakkı Öznur, eyni zamanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə də oxuculara məlumat verib.

Məqalədə qeyd olunur ki, Anadolunun 21 vilayətində ermənilərin üsyanı baş verib. Qəzet 1915-ci ilin fevralında Van üsyanını misal çəkir və buna cavab olaraq, Osmanlı dövlətinin ermənilərin başqa bölgələrə köçürülməsi qərarını verdiyini xatırladır.

“Ermənilər Osmanlı dövlətinin düşmənləri ilə açıq şəkildə əməkdaşlıq edərək, əsrlərlə birlikdə yaşadıqları türklərə arxadan zərbə vurublar. Qanlı cinayətlər, terror aktları və separatizm nəticəsində baş verən hadisələrin məsuliyyəti bütövlükdə ermənilərin öz üzərinə düşür”, – deyə yazıda vurğulanır.

Məqalədə Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün “Amerikan Public Ledger” nəşrinə verdiyi müsahibəyə də istinad olunur. Atatürk həmin müsahibədə ermənilərin köçürülməsi qərarının tənqid olunmasının qəbuledilməz olduğunu, bu addımın diversiya və qanlı cinayətlər fonunda zəruri bir tədbir olaraq atıldığını bildirib.

“Atatürk, eyni zamanda ermənilərin qətlə yetirdiyi şəxslərin qohumlarını və yaxınlarını də dəstəkləyib. Belə ki, o, Tələt Paşanın həyat yoldaşı Hayriyyə xanıma aylıq 25 lirə məbləğində təqaüd verilməsi göstərişini verib. Həmçinin Tələt Paşanın cənazəsi 1943-cü ildə Almaniyadan Türkiyəyə gətirilərək İstanbulda dəfn edilib”, – deyə “Yeniçağ” yazır.

Qəzet diqqətə çatdırır ki, bu gün də bəzi ölkələr, o cümlədən Fransa erməni terrorçularının adlarını küçə və meydanlara verərək antitürk mövqeyini davam etdirir. Misal olaraq, 2017-ci il aprelin 21-də Marsel şəhərində Tələt Paşanı 1921-ci ildə qətlə yetirən terrorçu Soqomon Teyleryanın adını daşıyan meydanın açılması göstərilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see131

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see129

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see125

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see121

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri