Icma.az
close
up
RU
Türkiyə mediasinın Azərbaycanla bağlı saxta xəbər kampaniyası: Ankara niyə susur? TƏHLİL

Türkiyə mediasinın Azərbaycanla bağlı saxta xəbər kampaniyası: Ankara niyə susur? TƏHLİL

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır. Artıq bu işin təsadüf, hansısa media qorqanının şəxsi təşəbbüsü olmasına inanmaq çox çətindir. Əvvəllər bunun hansısa media quruluşunun özünün, yaxud müəyyən qüvvələrin təxribatı hesab edirdiksə, indi bu vasitə ilə məqsədyönlü məşğul olunduğuna inanırıq.

Çünki davamlı təkziblərə, Azərbaycan tərəfinin açıqlamalarına baxmayaraq, saxta xəbərlərin tirajlanması davam edir.

Azərbaycanın rəsmi bəyanatları

Bu ilin əvvəlindən başlayaraq, müxtəlif vaxtlarda Türkiyə mediasında Azərbaycanla bağlı saxta xəbərlər yayılmağa başladı. Bu ayın əvvəlindən isə “saxta xəbər kampaniyası” daha da güclənib. Türkiyənin bəzi media subyektlərində və sosial media hesablarında Azərbaycan dövləti adından “Eurovision 2026"da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə saxta xəbərlər tirajlanmağa başladı. Əvvəlcə bu məlumat Türkiyənin çox oxunmayan, tirajı zəif saytlarında yayıldı. APA agentliyi xəbərə reaksiya verdi və məlumatın saxta olduğunu yazdı.

Amma Türkiyədəki həmkarlarımız sakitləşmədilər. Bu saxta xəbər daha tirajlı saytlara, daha sonra isə televiziya müzakirələrinə daşındı. Azərbaycanın Media Agentliyi açıqlama yaydı və bildirdi ki, bu, saxta xəbərdir.

Türk həmkarlarımız yenə də davam etdilər. Bu dəfə Avroviziya Uşaq Yarışmasının mətbuat konfransında Azərbaycan mediasının sualına cavab olaraq Təşkilat Komitəsi bir daha bəyan etdi ki, nə belə müzakirə olub, nə də bu cür qərar. Bu, saxta xəbərdir!

Bu açıqlamadan sonra isə Türkiyənin “Hürriyyət” və “Sabah” qəzetləri yenidən eyni yalanı təkrarladılar. Azərbaycan Media Agentliyinin direktor müavini Natiq Məmmədli APA-ya verdiyi müsahibədə bildirdi ki, bu cür məlumatlar ikitərəfli münasibətlərimizə və ortaq media platforması anlayışına ziddir: “Azərbaycan tərəfi dəfələrlə bildirib ki, bu xəbərlər feykdir”.

Türkiyədə də, Azərbaycanda da, yəqin elə dünyada da “Sabah” və “Hüriyyət” qəzetlərinin, o cümlədən bu feyk xəbəri müzakirə edən televiziyaların hazırkı Türkiyə hakimiyyətinə yaxın olduğunu hamı bilir.

BMT görüntüləri və dezinformasiya

Təəccüblüsü odur ki, yenidən daba bir baş verməmiş məsələyə dair – BMT-də bütün dünyanın gözü qarşısında yaşanmış hadisə Türkiyə mediasında təhrif edildi. Türkiyənin bəzi media və sosial şəbəkə seqmentlərində yayılan məlumatda bir sıra ölkələr tərəfindən BMT Baş Assambleyasında çıxışı boykot edilən İsrail baş naziri Netanyahunu dinləyənlər arasında Azərbaycanın rəsmi nümayəndə heyətinin olduğunu iddia edən saxta foto və xəbər yayıldı. Halbuki BMT-nin müzakirələri canlı yayımlanır, BMT-nin saytında da bunlara baxmaq mümkündür. Hər kəs izləyə bilər. Eyni zamanda BMT sessiyasında bütün dünya mediası iştirak edib, yalnız Türkiyə mediası yox. Orada Azərbaycan da böyük bir media heyəti ilə təmsil olunub. Azərbaycanın aparıcı agentlikləri və televiziya kanalları Prezidentin səfərini Nyu Yorkdan işıqlandırıblar. Belə açıq bir tədbirdə, hər kəsin gözü qarşısında necə olur ki, bu cür saxta xəbərlər hazırlanıb yayıla bilir? Hər kəs Netanyahu çıxış edəndə zalda Azərbaycan nümayəndə heyətinin olmadığını görüb. Bu şəkilləri montaj edib saxta foto ilə xəbər yaymaq Türkiyə mediasına nə üstünlük qazandıra bilər?

Türkiyə rəsmiləri niyə susur?

Türkiyədə Prezident Administrasiyası nəzdində dezinformasiyaya qarşı mübarizə aparamaq üçün yeni qurum yaradılıb. Bundan əlavə, Türkiyədə Basın Yayın və İnformasiya qurumu (Basın-Yayın ve Enformasyon Genel Müdürlüğü) fəaliyyət göstərir. Bu qurumların mövcudluğu onu göstərir ki, Türkiyə hakimiyyəti saxta xəbər məsələsinə həssas yanaşır. Amma necə olur ki, Türkiyənin daxilində adi bir saxta xəbər və ya foto ilə bağlı dərhal açıqlama verən bu qurumlar Azərbaycanla bağlı yayılan saxta məlumatlara münasibət bildirmirlər? Üstəlik, Azərbaycanın rəsmi qurumlarının və etibarlı mediasının bununla bağlı yaydığı açıqlamalara da məhəl qoyulmur?

Yeri gəllmişkən, APA Türkiyənin bu qurumlarına son vaxtlar baş vermiş saxta xəbərlər və onlara reaksiya verilməməsinin səbəbi ilə bağlı sorğu ünvanlaylb. Hələlik sorğuya heç bir cavab verilməyib.

Ortaq media platformasına ehtiyac qalırmı?

Azərbaycan və Türkiyə informasiya mübadiləsi, hər iki ölkənin media qurumlarının daha sıx əməkdaşlığı və SAXTA XƏBƏRLƏRƏ qarşı birgə mübarizə aparmaq üçün ortaq media platforması yaradıb. Bu platformanın əsas məqsədi iki ölkə mediasının üçüncü ölkələrin media vasitələrinə ehtiyac olmadan informasiya mübadiləsi etmək üçün fəaliyyət göstərmək, beləliklə də saxta xəbərin və informasiya diversiyalarının qarşısını almaqdır. Əgər feyk xəbərlər Türkiyə mediasının özü tərəfindən davamlı yayılacaqsa, Azərbaycan mediasının yaydığı açıqlamalar da nəzərə alınmayacaqsa, onda ortaq media platformasının əhəmiyyətindən danışmağın mənası qalmır.

İran və Rusiya mediasından sonra Türkiyə mediası

Türkiyə mediasının Azərbaycanda öz nüfuz dairəsini itirmək istəyinin nə ilə bağlı olması sual doğurur. BMT-nin tədbirini işıqlandıran hər bir media qurumunun qeydlərində də əks olunub ki, Netanyahu çıxış edərkən Azərbaycan nümayəndə heyəti zalda olmayıb. Eləcə də “Eurovision”la bağlı saxta xəbərlər.

Belə olan halda Türkiyə mediasının Azərbaycanla bağlı yaydığı yalan xəbərlər ölkədə onlara olan inamı itirir. Rusiya və İran mediası kimi etibarsız mənbə status alır. Çünki bu gün Rusiya və İran mediasında yazılanların bizim üçün heç bir əhəmiyyəti yoxdur. Demək olar ki, onlara istinad edilmir. Beləliklə, Türkiyə mediası da nüfuzunu itirir və Azərbaycan cəmiyyətində ona etimad qalmır. Sual budur: bu Türkiyə mediasına niyə lazımdır?

Qırmızı xətlərə hörmət

Azərbaycan mediasının bildikləri, araşdırmaq istəyərkən əldə etdikləri həmişə sensasiya yarada bilir. Bu gün Azərbaycan mediası xarici mənbələr üçün özü müstəqil istinad mənbəyidir.

Bu media İsrail və Türkiyənin Aralıq dənizindəki daşımaları və maraqları, iqtisadi əməkdaşlıq maraqları, bəzi hallarda regional məsələlərdəki qeyri-rəsmi dialoqları barədə yaza, araşdıra bilər. Bu, heç də çətin deyil. Necə ki, biz Rusiya, İran və Fransa ilə bağlı Kremldə, Yeliseydə, Tehranda müzakirə olunan araşdırmalar, xəbərlər ortaya qoya bilmişik. Ankaraya da səs salmaq olar.

Amma Azərbaycan həmişə həm dövlət, həm də media siyasətində qırmızı xətləri qorumağı bacarıb. Tövsiyə olunan odur ki, Türkiyə də bu məsələyə həssas yanaşsın. Əks halda, heç bir əsası olmayan, saxta xəbərlərlə Türkiyə mediası Azərbaycanda mövqeyini tamamilə itirə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see206

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see128

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see128

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri