Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 13 oktyabr, AZƏRTAC
Türkiyədə məktəblərə hücumlar, narkotik istifadəsi və zorakılığa qarşı mübarizəni hədəfləyən “Şəfqət qalxanı” layihəsinə start verilir.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən dəstəklənən təşəbbüsün məqsədlərindən biri ailələrə uşaqlarının inkişafı üçün riskləri erkən mərhələdə müəyyənləşdirməyə kömək etməkdir.
Bu məqsədlə hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblilərin ailələrini ziyarət edəcək və maarifləndirmə tədbirləri keçirəcəklər. Layihədə iştirak könüllüdür və uşağın məlumatlarının məxfiliyi tam qorunacaq.
Digər məsələlərlə yanaşı, “virtual dünya” ilə əlaqəli risk mənbələrinin müəyyən edilməsi və lisenziyalı silahlara sahib olan ailələrə təcili yardım xidmətləri üçün əlaqə məlumatları verilməsi planlaşdırılır.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi təhsil müəssisələrinin qorunması məsələsinin adi ictimai asayiş tədbirləri kateqoriyasından kənara çıxdığını bildirib. O vurğulayıb: “Hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik işçiləri uşaqlar gəlməzdən ən azı yarım saat əvvəl məktəbdə olmalıdırlar”.
Zəruri hallarda növbətçilərə əl detektorlarından istifadə edərək şagirdləri və onların çantalarını yoxlamağa icazə verilib.
Türkiyədə məktəb və liseylərdə silahlı hücumların artması fonunda valideynlərdən hökumətin elektron xidmətlər sistemi vasitəsilə məktəbə getmək üçün əvvəlcədən icazə almaları tələb olunur.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 13 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















