Türkiyə millisi 24 ildən sonra yenidən mundialda!
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin final mərhələsində Kosovo ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, “Fadil Vokrri” stadionunda baş tutan qarşılaşma Vinçenso Montellanın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
FIFA referisi Maykl Oliverin idarə etdiyi görüşdə yeganə qolu 45+1-ci dəqiqədə Kərəm Aktürkoğlu vurub.
Beləliklə, Türkiyə millisi 24 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Sonuncu dəfə 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın ev sahibliyi etdiyi mundialda iştirak edən və turniri üçüncü pillədə başa vuran Türkiyə yığması, həmin tarixdən bəri bu yarışdan kənarda qalıb.
D qrupunda yer alan Türkiyə millisinin rəqibləri ABŞ, Paraqvay və Avstraliyadır. Komandanın oyunlarının 13 iyun 2026-cı ildə Avstraliyaya, 19 iyunda Paraqvaya, 25 iyunda isə ABŞ-yə qarşı keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 01 Aprel 2026 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















