Türkiyə millisində baş məşqçi dəyişikliyi Arda Turan gəlir?
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella vəzifəsindən göndərilir.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə mediası İtaliyanın “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat yayıb. Xəbərə görə, Türkiyə Futbol Federasiyası (TFF) uğursuz nəticələrdən sonra italiyalı mütəxəssislə yollarını ayırmağa hazırlaşır.
Türkiyə millisi DÇ-2026-nın qrup mərhələsində mübarizəni dayandırıb. Komanda UEFA Millətlər Liqasında da keçirdiyi 4 oyunun hamısında məğlub olub. Fransa, Belçika və İtaliya ilə görüşlərdən xal qazana bilməyən yığma son olaraq səfərdə İtaliyaya 1:3 hesabı ilə uduzub.
Məlumata görə, Montellanın mümkün gedişindən sonra millinin baş məşqçisi vəzifəsinə əsas namizəd Arda Turandır. Hazırda Ukraynanın “Şaxtyor” (Donetsk) klubunu çalışdıran 39 yaşlı mütəxəssisin hər iki komandaya eyni vaxtda rəhbərlik etməsi variantı da nəzərdən keçirilir.
2023-cü ilin sentyabrından Türkiyə millisini çalışdıran Montella 2025-ci ilin iyununda müqaviləsini AVRO-2028-in sonuna qədər uzadıb. Onunla müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə TFF-nin 915 min avro təzminat ödəyəcəyi bildirilir. Bu məbləğ məşqçinin 5 aylıq maaşına bərabərdir.
TFF prezidenti İbrahim Hacıosmanoğlunun rəhbərliyi ilə oktyabrın 9-da keçiriləcəyi gözlənilən iclasda Montellanın gələcəyinin müzakirə olunacağı iddia edilir.
Hələlik nə Montellanın ayrılığı, nə də Arda Turanın təyinatı ilə bağlı rəsmi açıqlama verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















