Türkiyə millisinin keçmiş hücumçusunun 10 il həbsi istənilir
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" istintaqı çərçivəsində həbs edilmiş Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Ümit Karan barəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edilib.
Moderator.az DHA agentliyinə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə keçmiş hücumçuya qarşı "narkotik vasitələrin ticarəti" ittihamı irəli sürülüb.
Sənəddə Karanın əldə etdiyi narkotik maddələri başqalarına ötürərək bu cinayəti "zəncirvari şəkildə" törətdiyi qeyd olunub. Futbolçu ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib.
Həbs qətimkan tədbiri davam edən Karanın yaxın günlərdə hakim qarşısına çıxarılması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 20 May 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















