Türkiyə missiyası İrəvana gəldi Tarixi körpü bərpa olunur
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan və Türkiyə arasında Ani körpüsünün birgə bərpası üzrə işçi qrupunun ikinci görüşü İrəvanda keçirilib.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Görüş zamanı tərəflər 2026-cı il mayın 4-də imzalanmış Ani tarixi körpüsünün birgə bərpası ilə bağlı protokolun əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, tərəflər imzalanmış sənədin mümkün qədər tez həyata keçirilməsi üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, mayın 4-də Ermənistan və Türkiyə Ani körpüsünün birgə bərpası ilə bağlı protokol imzalayıb. Sənəd İrəvanda iki ölkənin xüsusi nümayəndələri tərəfindən Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın iştirakı ilə imzalanıb.
İmzalanma mərasimi Ani körpüsünün bərpası üzrə işçi qrupunun ilk iclası çərçivəsində baş tutub.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü il fevralın 15-də Ankarada keçirilən birgə mətbuat konfransında Ermənistan və Türkiyənin sərhəddə yerləşən körpünü təmir edəcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Avqust 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















