Türkiyə MN: “Qəzzadakı atəşkəsin daimi olmasına ümid edirk
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"HƏMAS-la İsrail arasında əldə olunan atəşkəs razılaşmasının pozulmayacağını, yəni daimi olacağına ümidliyik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Milli Müdafiə Nazirliyinin generalı Aktürk həftəlik brifinqində anlaşma ilə bağlı suala cavab verərkən deyib.
Generalın sözlərinə görə, Türkiyə məhz sabitliyə və sülhə çalışır: "Ümid edirik ki, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına ciddi şəkildə əməl olunacaq və daimi atəşkəs əldə olunacaq. Aylardır zülmdən əziyyət çəkən Qəzzaya humanitar yardımların fasiləsiz və lazımi səviyyədə çatdırılması, beynəlxalq ictimaiyyət iki dövlətli həllə əsaslanan ədalətli və davamlı sülhə doğru bir prosesin başlanması üçün öz məsuliyyətini dərhal yerinə yetirməlidir. Ölkəmiz indiyə qədər olduğu kimi, bundan sonra da Fələstin xalqının yanında olacaq".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 24 Yanvar 2025 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















