Icma.az
close
up
RU
Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz ZAHİD ORUC

Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz ZAHİD ORUC

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bəyanatlar ölkənin əsas gündəmi oldu.

Qeyd edək ki, prezident Əliyev müsahibəsində Ermənistanla sülh müqaviləsi, sərhədlərin dəqiqləşməsi prosesi, Zəngəzur dəhlizinin açılması barədə sərt mövqe sərgilədi.

Bütün bunlar isə birmənalı qarşılanmayıb.

Ölkə başçısı xüsusilə Ermənistanın üzərində dayanaraq, bu ölkəni faşizmdə günahlandırdı.

Bu arada isə diqqəti çəkən Azərbaycana dost-qardaş ölkə olan Türkiyənin davranışları oldu.

Belə ki, Türkiyə xarici işlər naziri Hakan Fidan erməni həmkarı Ararat Mirzoyana zəng etdi.

Bundan əlavə, Hakan Fidan Ankarada mətbuat konfransında bildirib ki, regionda davamlı sülh, sabitlik və çiçəklənmə üçün “tarixi” imkan pəncərəsi açılıb:

“İnanıram ki, Ermənistan da uzunmüddətli maraqlardan çıxış edir və Baş nazir Paşinyanın bu istiqamətdə müsbət müraciətini vacib hesab edirik. Paşinyan dinc mövqe ifadə edir və nizamlanmada irəliləyişə kömək edir. Biz tərəflər arasında vasitəçisiz danışıqları dəstəkləməyə davam edirik. İki ölkə arasında sülh bağlanması regionda yeni imkanlar açacaq”.

Azərbaycanla Türkiyənin strateji müttəfiq olmasını nəzərə alsaq, o zaman qardaş ölkənin XİN rəhbərinin İlham Əliyevin bəyanatının ardından bu fikirləri səsləndirməsi bir sıra suallar  yaradır.

Əgər doğrudan da Türkiyə Azərbaycanla dostluğunda səmimidirsə, o zaman niyə bu tələsik mövqeni ifadə edir?

Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Oruc Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

Zahid Orucun sözlərinə görə, qeyd edilən bəyanatların zaman etibarilə eyni vaxta düşməsi qətiyyən ötən on illər ərzində, o cümlədən xüsusilə vətən müharibəsindən sonra Azərbaycan və Türkiyənin strateji müttəfiqliyini, qardaşlığını, Şuşa bəyanaməsinin prinsiplərini əsla pozmur, kölgə altına almır:

“Ona görə də hesab edirəm ki,  burada zidiyyətlər axtarmaq yersiz olacaq. Fərqindəyik, son 2-3 gün ərzində biz daha çox o mövqələri, təhlilləri müşahidə edirik ki, həqiqətən də bir çoxları Türkiyə Azərbaycandan artıq fərqli siyasət yürütməyə başladığını, sərədlərin açılması müəyyən bir perspektivdə yaxın zamanlarda gerçəkləşəcəyini düşünür. Onun ardınca, Türkiyə hər hansı bir şərtlər qoymadan Ermənistanla diplomatik-siyasi münasibətlərini bərpa edəcək, sonra yəqin iqtisadi-ticarət əlaqələri də olacaq və bu məsələlər Azərbaycanın təklənməsinə səbəb olacaqdır deyə hesab edirlər. Həmçinin bir az daha uzağa gedənlər arzu etdiklərini, yəni Türkiyə və Azərbaycan arasında münasibətlərinin soyacağını gündəmə gətirirlər.
Düşünürəm ki, ilk növbədə Prezidentin bəyanatının əsas mahiyyətinə bir daha qayıtmağa ehtiyac var. Ölkə rəhbəri hansı kontekstdə Ermənistan dövlətini faşizm siyasətində ittiham elədi?
İlk növbədə 90-cı illərdən işğalın əsas liderləri, ideoloqu və müəlliflərindən biri olan Levon Ter-Petrosyan məlum açıqlamasının, Erkrapanın iclasında partiyasının hərbi qanadının qarşısında 600 illik ideallarını necə həyata keçiriblər və əsas azərbaycanlılar yaşayan əraziləri necə təmizləmələrə məruz qoyublar və qətiyyən bunlar açıq mətndən bildirilməsin.
Üstəlik, Ağdamın işğalı ilə bağlı mövqələr paylaşılmasın və elə bu öz-özlüyündə Bakıdan, o cümlədən digər Azərbaycan ərazilərinin gedən erməniləri də gətirdik ki, burada monoetnik mövqəyimizi gücləndirək və gərəkən say həddini alaq.
Çünki dövləti qurmaq üçün Avropada, ola bilər, Lüksemburqda 250-300 min insan kifayət etsin, amma bu regionda əhalinin bəlli bir kritik kütləsi yaranmalıdır, formalaşmalıdır. Ona görə düşünürəm ki, cənab Prezidentin faşizm təmayilini Levon Ter-Petrosyan üzərindən quruldu və digər iki prezidentlər də ondan sonra bu xətti davam etdiriblər. Söyləndi ki, Ermənistan dövləti bu xətti ya özü cəzalandırmalıdır, ya biz onu cəzalandıracayıqq. Faşizm məsələsi buradan üzə çıxdı. Niyə ölkə rəhbəri ondan sonra xüsusilə də Qərbi azərbaycanlılarla bağlı məsələni şərh edərkən Ermənistan baş nazirini regionda, yaxud xüsusilə də Avropada demokratiya sammitlərinə qatanlar, onu regionun əsas demokratiya simvolu, bayraqdarı hesab edənlər, Saakashvili’nin missiyasını onun üzərində qoyanlar, indi demokratlığını burada göstərsin ifadəsində deyil, daha çox faşist dövlət ifadəsindədir? Əgər Hakan Fidan bəyan edirsə ki, Paşinyan da bir sıra məsələlərdə davranışları yetərincə cəsarətlidir, təqdir olunur, məsələsindən çıxış edərək, yəni, əsas o arqumentinə, tezisinə söhkənib, Bakı və Ankara arasında hansısa məsələlərdə fikir ayrılıqları axtarılır? Mən əminəm ki, Türkiyə sona qədər bizlə birgə olacaq. Necə ki,  prosesi artıq 22-23 ildir ki, Azərbaycanla eyni xətdə apardığı üçün bunun nəticəsi vətən müaribəsində qələbəmizlə ifadəsini tapıbdır və faktiki olaraq bu xətt nəyin ki, zərbə almayıb, tam əksinə, böyük nəticələr doğurub ki, Türkiyənin regional nüfuzu artıb. Ərdoğan dəfələrlə qlobal platformalarda bəyan edir ki, bizim Qarabağda, Azərbaycanın yanında, indi bəzən ifadələr fərqli kontekstdə səslənə bilər, amma siyasi, diplomatik yanında olmalarımız bizim qlobal güc olduğumuzu, qlobal dövlət olduğumuzu söbüt eləyir. Bəs elədirsə də, elə isə həqiqətən də sərhəd bağlamaq, Ermənistanla bağlı xəttə eyni mövqləri göstərmənin rəsmi Ankaranın maraqlarına qətiyyən ziyanı olmaz. Sərhəd açmaqla müəyyən bir gəlirlər götürmək mümkündür və bəlkə də, başqa bir zamanda Ermənistan iqtisadiyyatına sahib olub, onun hakimiyyətinə də, dövlətinə də təsir eləmək imkanları artar. Lakin bu, mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirmək, vazgeçmək olmaz. Mənim yekun qənaətim bu, qətiyyən qardaşlar arasında kim daha çox üzərinə risk götürür sualı verilməz. İsraildən ta Rusiyaya, başqa dövlətlərə münasibətlərdə onun kritik fazaları daxil olduğu dövrdə Azərbaycan üzərinə o riskləri götürərək hərəkət edib. Yəni, Türkiyənin bir sıra hallarda zərbələrini yaxşı mənada özünə qbul edib. Və ya əksinə, qardaş ölkə bu addımı atıb. Ona görə də vahid bir orqanizmi təşkil edən bu iki dövlətin varlığına canlı orqanizmdə hansı hissə daha çox gərəklidir sualı kimi yersiz görünür. Biz ümidvarıq ki, Paşinyanın sonuncu açıqlamalarından da çıxış edərək bir çoxları bəyan edirlər ki, onlar bu xəttin əleyhinədir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinə faşist desə, proseslər ayrı məcraya gedəcək. Cəmiyyətdə müxtəlif alqılar ola bilər, amma bu dövlət siyasətinə yansımasın. Paşinyan bununla göstərmək istəyir ki, bəli, o, həmin şəxslərində faşist kimi bir təmayili, kursu, Böyük Ermənistan adı ilə yürütdüyünün fərqindədir.
Ona görə də elə real Ermənistan kursunu irəliyə sürübdür.
O üzdən ölkə rəhbərinin çağırışını bu kontekstdə yekun dəyərləndirmək lazımdır. Dövlət Təhlükəsizlik orqanlarının təcridxanasında 2-3 gün sonra məhkəməsini Vardanianla başlayan şəxslər kimi, elə həmin bu cinayətlərə Ermənistan içərsində Koçaryan və Sarkisyan elə Petrasyanın o bəyinatına da cavab olaraq ki, bizim də nəzərlərimizdə 10 illər ərzində hərb və sülh çıxışına devrildiyinə görə ayrı obrazdaydı. İndi bəlli oldu ki, o təmizləmələrin orada müəllifləri kimdir, buradan da o qüvvələri necə aparıb. O üzdən əminəm ki, Türkiyə və Azərbaycan bu xəttdə sona qədər bir yerdədirlər”.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Yanvar 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri