Zahid Oruc: Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm məsələdir
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm məsələdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc “Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili - Birgə fəaliyyətə baxış, gələcək hədəflər” adlı dəyirmi masada deyib.
Onun sözlərinə görə, zaman-zaman hər iki dövlətin ziyalıları bir-birindən bəhrələniblər.
“Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin qızıl dövrü 44 günlük müharibə dövrünü əhatə edir. Müharibənin ilk günündən dövlət başçılarının birliyi qələm əhlinə də stimul verdi”, - Z.Oruc vurğulayıb.
Deputat əlavə edib ki, müharibə zamanı milli media ordunun uğurunu tamamladı: “İnformasiya müharibəsində düşmənlərimiz eynidir. Onlara qarşı birgə mübarizə apararaq qalib gəlməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















