Türkiyə Müdafiə Nazirliyindən Suriya açıqlaması: “Lazımi dəstəyi göstərəcəyik“ VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Türkiyə Milli Müdafiə Nazirliyi Suriya ordusunun terrorla mübarizə çərçivəsində Hələbdə başladığı əməliyyatlarla bağlı açıqlama yayıb. Türkiyənin Suriyanın birliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
Moderator.az-ın "Haber Global"a istinadən xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk yeni ilin ilk həftəsində brifinqdə gündəmdə olan məsələlərlə bağlı qiymətləndirmələr aparıb.
"Terror təşkilatının dinc sakinlərə və təhlükəsizlik qüvvələrinə hücumundan, nəticədə dörd nəfərin ölməsi və 18 nəfərin yaralanmasından sonra Suriya hökuməti ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Hələbdə antiterror əməliyyatına başlayıb. Bu əməliyyat yalnız Suriya ordusu tərəfindən həyata keçirilir. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Türkiyə Suriyadakı hadisələrin gedişatını yaxından izləyir. Ölkəmiz birlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq, Suriyanın terror təşkilatlarına qarşı mübarizəsini dəstəkləyir. Bu kontekstdə, əgər Suriya istəyərsə, Türkiyə lazımi dəstəyi verəcək", - Z.Aktürk deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 08 Yanvar 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















