Icma.az
close
up
RU
Türkiyə müxalifəti daxilində parçalanma: CHP də iki namizəd YARIŞACAQ

Türkiyə müxalifəti daxilində parçalanma: CHP də iki namizəd YARIŞACAQ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) növbəti prezident seçkiləri üçün hazırlıqlara başlayıb.

Partiyanın sədri bir neçə gün əvvəl CHP-nin prezidentliyə namizədinin müəyyən edilməsi üçün yol xəritəsini açıqlayıb.

O, namizədin müəyyənləşdirilməsi üçün partiya daxilində səsvermənin keçiriləcəyini bildirib.

"İstanbulda bir sıra görüşlər keçirdik. Həmin görüşdə Əkrəm (İmamoğlu) başqanla və Mansur (Yavaş) başqanla danışdıq və dəyərləndirdik. Artıq yeni bir başlanğıc, yeni bir dövrə birlikdə hazır olmaq mövzusunda razılıq əldə olunub", - Özəl deyib.

CHP sədri hər iki siyasətçinin namizəd olmağa hazır olduğunu deyib və onlara təşəkkür edib.

Özgür Özəl prezidentliyə namizədi partiya üzvlərinin müəyyənləşdirəcəyini vurğulayıb və bu prosesdə iştirak etmək istəyənləri partiya üzvü olmağa çağırıb. Partiya daxilində səsvermə fevral-mart aylarında baş tutacaq. 

Qeyd edək ki, CHP nizamnaməsinə görə, prezidentliyə namizədi parlament fraksiyası müəyyənləşdirir. Anaq bu dəfə partiya daxilində səsvermə ilə seçiləcək.

Modern.az-ın məlumatına görə, Türkiyə mətbuatında CHP daxilində namizədin müəyyənləşdirilməsi ilə bağlı bəzi fikir ayrılıqları olduğu barədə xəbərlər yayılıb.

"BBC Türkcəyə" danışan Yavaşa yaxın mənbələr Özəlin Mansur Yavaşla keçirdiyi görüşdə namizədin səsvermə yolu ilə müəyyənləşdirilməsi qərarından bəhs etmədiyini bildirib.

Məlumata görə, Yavaş görüşdə namizədin indidən müəyyən edilməsinin doğru olmadığını bildirib.

Qeyd olunur ki, Yavaş namizədin erkən elan edilməsi və partiya üzvləri ilə keçirilən ilkin seçkilərin nöqsanları ilə bağlı etirazlarını partiya sədrinə göndərəcək.

Yavaş Özəllə görüşündə erkən seçki ehtimalının olmadığını, namizədin indi müəyyənləşdirilməsinin yanlış olacağını və bunun hakim partiyaya fayda verəcəyini deyib.

Bələdiyyə sədri ölkə gündəmində çox mühüm məsələlərin olduğu bir vaxtda partiyanın daxili müzakirələrə girməsinin yanlış olduğunu ifadə edib. 

Yaxın ətrafının dediyinə görə, Yavaş partiya daxilində ilkin seçki keçirməyi düzgün görmür.

"Prezident təkcə CHP-lilərin səsi ilə deyil, həm də 60 milyon insanın səsi ilə seçiləcək. CHP-nin namizədinə səs verəcək baza genişləndirilməlidir", - mənbələr deyib.

O, cəmiyyətin geniş təbəqələrinin dəstəyini qazanmaq üçün Altılıq Masaya üzv olan siyasi partiyaların bazasının dəstəyinə də ehtiyac olduğunu bildirib:  "Üzvlərin namizəd müəyyən etməsi Konstitusiyaya və qanuna ziddir... Namizədi siyasi partiya qrupları müəyyən etməlidir. Etibarlı ictimai rəy şirkətləri yalnız CHP üzvləri ilə namizəd müəyyən etmək əvəzinə çox geniş əsaslı ictimai rəy sorğuları apara bilər. Bu yolla bütün seqmentlərin seçimləri görünə bilər".

CHP-də “ilkin seçki” olacağı təqdirdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun prezidentliyə namizəd kimi çıxacağı az qala dəqiqləşib.

Keçmiş CHP sədri Kamal Kılıçdaroğluna yaxın şəxslər partiya üzvləri ilə ilkin seçki formulunu “Mənsur Yavaşı namizədlik yarışından kənarlaşdırmaq üçün atılan addım” kimi qiymətləndirirlər. Yavaşın ictimai rəy sorğularında lider namizəd olduğu, ancaq daxili seçkilərdə CHP əsilli İmamoğlu qarşısında şansının olmayacağı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Yanvar 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri